Həqiqi tövbə edənin xətası, gözətçi mələklərin yaddaşından silinər
Mьəllif: admin1
Tarix: 27-06-2022, 10:12
Həqiqi tövbə edənin xətası, gözətçi mələklərin yaddaşından silinər
Həyatımızda elə fürsətlər yaranır ki, bizim üçün çox dəyərlidir. Bu fürsətlərin bir çoxu dəfələrlə təkrar olunar. Lakin elə fürsətlər vardır ki, çox nadir hallarda təkrar olunur. Bu fürsətlərin gərək qədrini bilək və ondan ən yaxşı şəkildə istifadə edək.

Təhsil, münasib ixtisası seçmək, yaxşı həyat yoldaşı seçmək fürsəti kimi. Bunların hər biri üçün ömrümüzü sərf etməliyik. Bəzi fürsətlər vardır ki, biz onları fürsət adlandırmırıq. Çünki çox tez-tez təkrar olunur. Ona görə də bizim üçün çox da dəyərli deyildir.

Nəfəs almaq, yaşamaq, yatmaq kimi. Çünki biz yaşamağa, nəfəs almağa öyrəşmişik. Ancaq əgər bu fürsətlər bir anlıq bizdən alınarsa, onun yerini başqa bir şeylə əvəz etmək mümkünsüz olar. Çünki bu fürsətlərin yerini başqa bir şeylə doldurmaq olmaz.

Əldən verə biləcəyimiz fürsətlərdən biri də tövbə fürsətidir. Allah Təala bu fürsəti bizə vermişdir ki, çatışmamazlıqlarımızı aradan qaldıra bilək və paklana bilək.

Nə zaman süqut etmək təhlükəsi ilə üzləşsək, nə zaman büdrəsək - bu fürsətdən istifadə edə bilək. Lakin bəziləri üçün bu, fürsət deyildir. Onlar rahat günah işlədir və belə hesab edirlər k, tövbə qapısı həmişə üzlərinə açıq olduğu üçün, nə zaman istəsələr tövbə edə bilərlər.

Ancaq gərək yadda saxlayaq ki, Allah Həkimdir. O, bizim bu uşaqcasına kələklərimizi yaxşı görür. O, bizim bütün əməllərimizi hesaba alandır və hesabı da dəqiqdir.

Allah bu cür insanlara Quranda belə xitab edir və buyurur: "Əslində (qəbulu İlahi vədəyə əsasən)Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir”. ("Nusa” 17).

Allah Təala Davud (ə) peyğəmbərə vəhy edir: "Ey Davud! Nə zaman Mənim mömin bəndəm günah edər və sonra həmin günahdan qayıdar və tövbə edər, həmin günahı yada salanda Məndən xəcalət çəkər - onu bağışlayaram. Onu gözətçi mələklərin yadından silərəm. Onu yaxşılığa çevirərəm”.

Allah Təalanın bu nurani sözlərini qulağımızda sırqa kimi asaq. Əgər büdrəyəriksə də, həqiqi tövbə edib Allaha tərəf qayıdaq. "Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. ("Nur” 31).

/Deyerler/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930