Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Peyğəmbərimiz (s) Həzrət Zəhraya (s.ə) gizlində hansı xəbəri verdi?

Peyğəmbərimiz (s) Həzrət Zəhraya (s.ə) gizlində hansı xəbəri verdi?

Peyğəmbərimiz (s) Həzrət Zəhraya (s.ə) gizlində hansı xəbəri verdi?


Siddiqeyi-Kubradan (ə) öyrənməli olduğumuz dərslərdən biri də onun sirr saxlamağı bacarması idi. (Tebyan)

Şeyx Səduq “Əmali” kitabında yazır ki, Peyğəmbərin (s) zövcələrindən biri demişdir: “Fatimə (s.ə) gəldi və Peyğəmbər (s) buyurdu: “Qızım xoş gəlmisən”. Ona öz sağ və ya sol tərəfində yer verdi. Onunla gizlində söhbət etdi ki, bu söhbət Fatimənin (s.ə) ağlamağına səbəb oldu. Bundan sonra Peyğəmbər (s) ona başqa bir gizli xəbəri verdi ki, bu da onun gülümsəməyinə səbəb oldu”.

Peyğəmbərin (s) zövcəsi nəql edir: “Ona dedim ki, Peyğəmbərin (s) bir sözü ilə ağladın və bir sözü ilə güldün. İndiyə qədər görməmişdim ki, şadlıq qəmə bu qədər yaxın olsun”. Ancaq Fatimə (s.ə) dedi: “Peyğəmbərin (s) sirrini açıqlaya bilməyəcəyəm”. Peyğəmbər (s) vəfat etdikdən sonra bu mövzunu yenə ondan soruşdum. Fatimə (s.ə) dedi: “Peyğəmbər (s) mənə buyurdu ki, “Cəbrayil (ə) hər il Quranı bir dəfə mənə gətirərdi, ancaq bu il iki dəfə gətirdi. Mənası da budur ki, əcəlim yaxındır. Və sən Əhli-beytimdən (ə) ilk insansan ki, mənə qovuşacaqsan. Mən necə də yaxşı insanam ki, səndən əvvəl gedəcəyəm. Sən də yanıma gələcəksən”. Peyğəmbərin (s) bu sözü məni ağlatdı. Sonra buyurdu: “Məgər razı deyilsənmi ki, ümmət xanımlarının xanımı olasan?”. Həzrətin (s) bu sözündən gülümsədim”.

Bu hadisədən bir sıra dəyərli dərsləri almaq olar:

1. Ümumilikdə gizlində söhbət etmək möminin inciməsinə səbəb ola bilər. Lakin Peyğəmbərimiz (s) bu işi gördüyünə görə demək olar ki, bəzən gizlində danışmaq başqa məsələlərdən daha üstündür. Ona görə də bu iş bəzən bəyənilir.

2. Həzrət Peyğəmbər (s) heç bir zaman ata və bala münasibətini həqiqətə fəda etməmişdir. Xanımı (s.ə) qarşılaması və yanında əyləşidirib, onunla gizlincə söhbət etməsi - Həzrət Zəhraya (s.ə) xüsusi dəyər verdiyinin nişanəsidir.

3. Həzrət Peyğəmbər (s) qızı ilə gizlində də söhbət edə bilərdi. Lakin bu hərəkəti insanların içində edir. Peyğəmbər (s) heç bir zaman məntiqsiz və boş işlər görmədiyinə görə Həzrət (s) bu yolla qızının cəmiyyət içində düzgün tanınmasını bir daha istəmişdir.

4. Həzrət Peyğəmbər (s) danışan zaman ən gözəl üslublardan istifadə edərdi. Əgər bir sözü gizlində deyirsə, deməli, həmin söz gizli qalmalıdır.

5 Xanım Zəhra (s.ə) Peyğəmbərin (s) vəfatından sonra həmin sirri açıqlayır. Ona görə də deyə bilərik ki, bəzi sirlərin zamanı məhduddur və müəyyən müddətdən sonra onu açıqlamaq olar.

6. Biz gərək sözün deyilmə üslubu və metodu haqqında hər zaman düşünək. Onun törədə biləcəyi təsirləri və nəticələri düşünək.

/Deyerler/
Müəllif: Admin | 28-06-2016, 12:08
Baxılıb: 854
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.