Şeytan xeyli zəif və arıqlamış halda
![]() Şeytan xeyli zəif və arıqlamış halda Bir gün Peyğəmbərimiz (s) bir yoldan keçirdi. Yol əsnasında şeytanı xeyli zəif və arıqlamış gördü.Ondan soruşdu : -Nə üçün bu günə düşmüsən?” Dedi: -Ya Rəsulallah ,sənin ümmətinin əlindən əziyyət çəkirəm ,xeyli zəhmətdəyəm.” Həzrət (s) buyurdu: -Mənim ümmətim sənə nə edib ?” Dedi: -Ya Rəsulallah, ümmətinizin 6 xisləti var. Mənim bunları görməyə nə gözüm, nə də dözməyə taqətim yoxdur: 1.Bir-birlərini görən kimi salam verirlər. 2.Bir-biriləri ilə görüşürlər. 3.Hər bir işi başlamaq istəyəndə "İnşallah” deyirlər. 4.Günahlardan istiğraf edirlər. 5.Adınızı eşidən kimi salavat göndərirlər. 6.Hər işin əvvəlində "Bismillahir rəhmanir rəhim” - deyirlər Oxşar xəbərlər
|