Hicab qadına nə üçün lazımdır?
Mьəllif: admin1
Tarix: 26-02-2022, 11:24
Hicab qadına nə üçün lazımdır?
Bütün dinlərdə qadınların özünəməxsus hicabları olmuşdur. Bütün peyğəmbərlər (ə) öz səma kitablarında bu hicabın keyfiyyətinə işarə etmişdilər. Ancaq bu məsələdə ifrat və təfrit edilmişdir.

Hətta o yerə qədər ki, qadına evdən bayıra çıxmağa icazə verilmirdi. Yəhudi və xristian dinlərində indi də dua edən zaman qadınlar başlarını örtürlər.

İslam dini qadına kamil hicabı təqdim etdi və bu hicab onu nə evdə əyləşməyə məcbur etmədi.

Geyimə nəzarət etmək ancaq adınlara aid deyildir. "Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik)”. ("Əraf” 26).

Burada Adəm övladı deyildikdə, həm qadın və həm də kişi nəzərdə tutulur.

Sonrakı ayədə oxuyuruq: "Ey Adəm övladları, məbada şeytan ata və ananızı cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın!”.

Yəni, şeytanın (lən) nüfuz etdiyi yollardan biri də insanı geyimsiz buraxmasıdır. Halbuki, Allah Təala buyurur ki, insanın geyimi – onun iffəti və həyasıdır.

Maraqlıdır ki, Allah hansı yerdə hicaba əmr edirsə, həmin ayələrdə təqvaya da əmr edir. Yəni, həm zahiri geyimə və həm də batini və ruhu geyimə əmr edir.

İnsan gözünü kontrol etməzsə, həm iffətini və həm də təqvasını əldən verər. Naməhərəmə icazə verilməyən baxışlarla baxmaq fəsad üçün zəminə yaradar. Ona görə də Qurani-Məcid buyurur ki, əgər bu cür pis baxışlardan amanda qalmaq istəyirsinizsə, hicab geyinin.

"Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir”. ("Əhzab” 59).

İslam dinində qadın çox möhtərəm hesab olunur. Quran buyurur ki, geyimə nəzarət etmək həm qadın və həm də kişiyə vacibdir. Lakin qadın daha zərif olduğu üçün onun bu məsələyə diqqət etməsi kişidən daha çox lazımlıdır.

Hətta ayaqlarını torpağa qoyanda o qədər asta qoymalıdır ki, zinətlərinin səsi eşidilməsin. Kişiləri qadınlarda təhrik edən əsas üç amildir: gözəllikləri, zinətləri, nazlı yeriməkləri.

Ona görə də Quran buyurur: "Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi(bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın”. ("Əhzab” 33).

Zinət dedikdə zahiri zinətləri nəzərdə tutulur ki, qadının sinəsindən və boynundan asılır. Ona görə də Quran buyurur: "Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər”. ("Nur” 31).

Qurani-Kərim həmçinin qadınlara tövsiyə edir ki, danışan zaman səs tonlarına diqqət etsinlər. Ona görə buyurur: "Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. ("Əhzab” 32).

Beləliklə deyə bilərik ki, İslam dininin nəzərinə görə qadın bir mələkdir və gərək qanadlarını ancaq ailəsinin üzərinə salsın və gözəlliyini həyat yoldaşına nişan versin. Hicabına riayət edərək isə cəmiyyət içində fəaliyyət göstərə bilsin.

/Deyerler/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031