İnsanda eyb axtarmağı dinimiz çox pisləyir
Mьəllif: admin1
Tarix: 14-10-2021, 22:10
İnsanda eyb axtarmağı dinimiz çox pisləyir
Mömin möminin aynası olmalıdır. O, öz din qardaşnın çirkin və pis əməllərini ona göstərməlidir. İmam Sadiq (ə) buyurur: “Hər kim öz din qardaşını çirkin əmələ düçar halda görər, onu bu işdən çəkindirə bilər, əgər belə etməzsə - ona xəyanət etmiş olar”.

Eyb lüğətdə çatışmamazlığın olmasıdır və əks mənası düzgün olmaqdır. Eyb axtarmaq - əxlaq rəzilliklərindəndir ki, Quran müxtəlif hallarda onu qadağan etmişdir.
Allah Təala eybləri örtəndir və eybləri örtənləri sevir. Bəs bu rəzil sifət niyə meydana gəlir?

- Eyb axtarmaq həsəd və düşmənçiliyin nəticəsidir ki, əgər kiminsə ürəyində kin olarsa, digərinin eybini axtarmağa başlayar. Çünki niyyəti onu rüsvay etməkdir.

- Bəzən də nəfsani qüvvələrin şiddətli təsirindən olur və bu cür insan başqalarının eybini tapmaqdan ləzzət və zövq alır.

- Bədgümanlıq – eyb axtarmağın başqa bir amilidir.

Hər bir insan əgər öz nəfsinə nəzər salsa görər ki, eybsiz deyildir. Lakin Allah Təala bu eyblərini başqalarından gizlətmişdir. İmam Əli (ə) buyurur: “Hər kim öz eybini görər, başqalarının eybini axtarmaqdan dayanar”.

İslam dini möminin şəxsiyyət və heysiyyətinə böyük dəyər verir. İmam Əli (ə) buyurur: “İnsanların arasında (kiməsə) nəsihət vermək – bir növ (onun) şəxsiyyətini alçaltmaqdır”.

İmam Həsən Əsgəri (ə) buyurur: “Hər kim öz dini qardaşına gizlində nəsihət verər, onu zinətləmiş kimi olar. Ancaq əgər başqalarının yanında nəsihət edər, rüsvay olmasına səbəb olar”.

İmam Sadiq (ə) buyurur: “Mənim yanımda ən sevimli qardaşım o kəsdir ki, eyblərimi mənə hədiyyə edər”.

Ona görə də hər kim dostluq iddiası edir, gərək dostunun eyblərini ona gizlində xəbər versin. Gördüyü hər bir eybin yanından laqeyd keçib getməsin. Bəzən insanın düşməni ona belə bir xidmət edir və eyblərini ona söyləyir. Baxmayaraq ki, bu işi düşmənçilik üzündən edir, lakin insanın eyblərindən xəbərdar olmasına səbəb olur.

İnsan eyblərini aradan qaldırmaq üçün onlardan xəbərdar olmalıdır. Bəs bu işi necə görmək olar? İnsan 3 yolla eyblərini tanıya bilər

1. Mühasibə yolu. Yəni, əgər insan öz rəftar və əməlinə nəzarət edirsə, özünü mühasibə etsin. Əgər özünü salehlərlə müqayisə edəndə yaxşı nəticə alınmırsa, deməli eybləri olan bir insandır. Və həmin eybləri axtarmağa başlayar.

2. Əxlaqsız insanların rəftarından ibrət götürmək. Loğmanın dili ilə desək, ədəbi ədəbsizdən öyrən.

3. Xalis və mömin insanlarla dostluq etmək. O insanlarla ki, səni nəsihət etməkdən çəkinmirlər. Xeyirxah olduqları üçün eyblərini üzünə deyirlər.

İmam Sadiq (ə) buyurur: “Çalışın ki, gecə-gündüzünüzü dörd hissəyə böləsiniz. Bir hissəsi Allaha ibadət və xəlvət üçün, bir hissəsi ruzi qazanmaq üçün, bir hissəsi sizi eyblərinizdən xəbərdar edən etimad etdiyiniz qardaşınızla ünsiyyət yaratmaq üçün, bir hissəsini isə dini ləzzətlər və istirahət üçün”.

Həzrət Peyğəmbər (s) buyurur: “Möminin eyblərini axtarmayın. Çünki hər kim möminin eybini axtarsa, Allah da onun eybinin ardınca olar. Hər kimin ki, eybini Allah Təala axtarar, onu rüsvay edər, baxmayaraq ki, evin içində olsa belə”.

İmam Sadiq (ə) buyurur: “Hər kim özünü başqalarından üstün bilərsə, o, təkəbbür əhlindəndir”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930