Həsəd aparmaq münafiqliyə səbəb olur
Müəllif: admin1
Tarix: 30-09-2020, 21:01
Həsəd aparmaq münafiqliyə səbəb olur
Həsəd aparmaq və insanların pisliyini istəmək – münafiqin əlamətlərindəndir.

İnsan gərək ürəyinə müraciət etsin və baxsın görsün ki, orada həsəd vardır, yoxsa yox. Əgər varsa, gərək onu aradan qaldırsın.

"Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu, onları narahat edər və əgər bir müsibət (məğlubiyyət yaxud bir ziyan)yetişsə, «biz işimizi(n ehtiyatını) qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar”. ("Tövbə” 50)

Həsəd odur ki, insan başqasında elə bir nemət görər ki, onda həmin nemətdən yoxdur və həsəd aparan həmin nemətin məhv olmasını istəyər.

Qibtə isə odur ki, başqasında olan neməti o özü də əldə etmək üçün səy göstərər.

Həzrət Peyğəmbər (s) buyurur: "Mömin qibtə edər, ancaq münafiq həsəd aparar”.

Bir neçə amil vardır ki, insanı həsəd aparmağa təhrik edər. Bunlardan biri - kin və düşmənçilikdir.

Düşmən çalışır ki, hər nəyin bahasına olursa-olsun, qarşı tərəfə ziyan vursun. Onun zərər görməsini arzu edər.

Həsəd aparmağa səbəb olan başqa amil – təkəbbürdür. O insan ki, özünü başqalarından üstün bilər, heç kəsi özündən yuxarıda görməyə taqəti olmaz. İstəyər ki, özü həmişə yüksəkdə olsun.

Həsədə səbəb olan amillərdən biri də vəzifəpərəst olmaqdır. Təsəvvür edin ki, siz peşənizdə mahirsiniz və bir nəfər həmin peşəni öyrənib, sizi qabaqlayar. Bu zaman həsəd hissi alovlanar.

Həsədi müalicə etmək üçün nə edək?

Həsəd aparan insan bilməlidir ki, həsədin ona heç bir faydası yoxdur və qarşı tərəfə də heç bir ziyan vura bilməyəcəkdir. Həsəd onun özünə ziyandır və daxilini yeyib, bitirir.

Həsəd aparan bilməlidir ki, həsəd mikrob kimidir və bədəninə düşüb, onu yeyir. Fəzanı çirkləndirir və mikroblarla doldurur.

İmam Əli (ə) buyurur ki, həsəd imanı, atəş odunu yediyi kimi yeyər. Hər nə qədər çox həsəd aparsaq, həmin atəşi daha da alovlandırmış olarıq.

İnsan həyatda bəzən elə insanlarla rastlaşır ki, həsəd üzündən nalayiq rəftarlar nümayiş etdirirlər. Bu insanlar adətən həsədləri üzündən digər insanlara ziyan vurmağa çalışar.

Bu cür şəraitdə insan gərək onun kimi rəftar etməsin, əksinə, mehribanlıq göstərsin. Yəni, bəzən lazım olur ki, insan göz yummağı bacarsın. İnsan gərək başqalarının pis rəftarına diqqət etməsin, özünü görməməzliyə vura bilsin.

İmam Sadiq (ə) buyurur: "İnsana üç şeydən qaçış yoxdur: nəsihətverənlə məsləhərləşməkdən, həsəd aparanla yola getməkdən, insanlarla dostluq etməkdən”.

Həzrət Peyğəmbər (s) buyurur: "Biz peyğəmbərlər insanlarla mehriban olmağa vəzifələndirilmişik, necə ki, vacibatı yerinə yetirməyə vəzifələndirilmişik”.

Yəni, əziz Rəsuli-Əkrəm (s) mehriban olmağı vacibatı yerinə yetirməklə eyni sırada bəyan edir.

Beləliklə deyə bilərik ki, həsəd bir xəstəlikdir və bu xəstəliyi özümüzdən uzaqlaşdıraq. Əks halda bizi münafiq edə bilər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031