Hər kim özünü bir dəstəyə bənzədərsə, onlardan hesab edilər
Mьəllif: admin1
Tarix: 24-02-2022, 17:09
Hər kim özünü bir dəstəyə bənzədərsə, onlardan hesab edilər

Bu gün TV və peyk antennaları hər birimizin evinə daxil olmuş və hər birimizin qonağıdır. Lakin bu qonaq Allahın and içmiş düşməni ilə dostluq edir. Çalışır ki, insanı bacardığı qədər Allahdan və Allah axtarışından uzaqlaşdırsın.

Necə ki, Allah Təala buyurur: “Münafiq kişilərlə münafiq qadınların bəziləri bəzilərindəndirlər (etiqad və əməldə bir-birləri ilə bağlıdırlar). Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər və öz əllərini (mallarını haqq yolunda xəcləməyə) bağlayarlar. Onlar Allahı unutdular, Allah da onları unutdu (bütün dəlil-sübutları göndərdikdən sonra onları öz başlarına buraxdı). Şübhəsiz münafiqlər - həmin itaətsizlərdir”. (“Tövbə” 67).

Bu, elə bir qonaqdır ki, insanın iffətini qoruyan gözünü hər cür günaha bulaşdırır. Həya və iffəti evlərdən uzaqlaşdırır.

Allah Təala gözlə bağlı necə də gözəl buyurmuşdur: “Mömin kişilərə de ki,(başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda)gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır”. (“Nur” 30).

İmam Sadiq (ə) buyurur: “Haram baxışlar – şeytanın oxlarındandır. Haram baxışlar özündən sonra uzun peşmançılıq və həsrət qoyub gedər”.

Bu, elə bir quyudur ki, insanı qumara, əxlaqsızlığa, şərab içməyə tərəf çəkir. “Şeytan onların(puç batil) işlərini onlar üçün zinətləndirdi və o, bu gün də onların (və digər kafirlərin və müşriklərin) yardımçı və başçısıdır. Onlar üçün ağrılı bir əzab vardır”. (“Nəhl” 63).

“Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız”. (“Maidə” 90).

İmam Sadiq (ə) buyurur: “Böyük Allah peyğəmbərlərindən birinə vəhy edir ki, möminlərə de: “Mənim düşmənimin paltarını geyinməsinlər, onların yeməyini yeməsinlər, onların yolu ilə getməsinlər ki, bu halda Mənim düşmənlərimdən hesab ediləcəklər””.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim özünü bir dəstəyə bənzədərsə, onlardan hesab edilər”.

Bəzən bu TV-lərin və peyklərin verdiyi xəbərlər bizi sarsıdır. Lakin bir qədər tədqiq etdikdən sonra, görürük ki, şayiə imiş.

“Əgər onlara əmin-amanlıq və ya qorxu (müsəlmanların qələbəsi və ya məğlubiyyətinin səbəbi) barəsində bir xəbər çatsa (araşdırmadan) onu yayarlar, halbuki, əgər onu Allahın peyğəmbərinə və özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz onlardan araşdırma əhli olanlar onun həqiqətini dərk edərdilər (və bir çarə yolu tapardılar)”. (“Nisa” 83).

Nəticədə demək olar ki, bu xain qonağa evlərimizdə çox da yer verməyək. Bu xain - əslində qonaq deyildir, bəlkə düşməndir ki, bizi Allahdan uzaqlaşdırmaq istəyir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930