“Yusif” surəsini oxuyan Qiyamət günü Həzrət Yusif (ə) kimi gözəl olar
Müəllif: Admin
Tarix: 31-05-2017, 22:19

 

Yusif” surəsi Quranın 12-ci surəsidir və 111 ayəsi vardır, Məkkidir (Məkkədə nazil olmuşdur). Həzrət Peyğəmbər (s) buyurur: ""Yusif” surəsini əlinizin altında işləyənlərə öyrədin. O müsəlman ki, bu surəni tilavət edər, ailəsinə və əlinin altında olanlara öyrədər Allah ölümün çətinliklərini ondan alar və ona elə bir güc əta edər ki, başqalarına həsəd aparmaz”. 
İmam Sadiq (ə) buyurur: "Hər kim bu surəni gecə və ya gündüz oxuyarsa, Allah Qiyamət günü onu elə halda məbus edər ki, siması Həzrət Yusif (ə) kimi gözəl olar. Qiyamət gününün qorxu və taqətsizliyi ona çatmaz. Allahın layiqli bəndələrindən olar”.
Başqa yerdə Həzrət Sadiq (ə) buyurur: "Hər kim bu surəni qiraət edər, Qiyamət günü insanların səbirsizlik etdiyi şeylərdən amanda olar. Allahın saleh bəndələrinin qonşusu olar. Zinaya düçar olmaqdan və söyüş söyməkdən amanda olar”.
Ruzisi asan olar. Əgər "Yusif” surəsini yazsanız və onu yuyub içsəniz, Allah ruziyə çatmaq yolunu asan edər.
Həsəd hissini aparar. İmam Baqir (ə) buyurur: "Allah "Yusif” surəsini bir misal kimi çəkmişdir ki, insanlar bir-birinə həsəd aparmasınlar. Necə ki, Yusifin qardaşları onunla etmişdilər”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930