İmam Mehdinin (ə.f) əshabının bəzi xüsusiyyətləri
Mьəllif: admin1
Tarix: 4-12-2019, 10:47
İmam Mehdinin (ə.f) əshabının bəzi xüsusiyyətləri

İmam Mehdinin (ə.f) səhabələrində hansı xüsusiyyətlər var?

Hədislərdə bildirilir ki, İmam Mehdinin (ə.f) səhabələrinin özünəməxsus xüsusiyyətləri vardır: İxlas, yəqin, səbat, ilahi mərifət, şücaət, zöhd, ilahi yardımdan faydalanma və s.

Belə bir sual yaranır ki, Həzrətin yardımçıları əsasən, şərqdən olacaqsa, geridə qalmış şərq inkişaf etmiş qərbə necə qalib gələcək?

Cavab olaraq demək olar ki, əvvəla, Həzrətin yardımçıları müsəlmanlardır və əksər müsəlman məntəqələri şərqdə yerləşir.

İkincisi, İmam Mehdi (ə.f) bütün mütərəqqi üsul və texnologiyalardan faydalanacaqdır.

Üçüncüsü, əgər Qərb təkcə texnologiya baxımından şərqdən üstün sayılırsa, bilmək lazımdır ki, Həzrətin zühurunun hədəfi təkcə maddi inkişaf deyil. Kim iddia edə bilər ki, Qərb əxlaq və mədəniyyət baxımından şərqdən üstündür?!

İmam Mehdinin qurduğu hökumətin xadimləri ümmətin böyükləri və salehləridir.

Hədislərdə bildirilir ki, İsa (ə) İmam Mehdiyə (ə.f) deyəcək: “Həqiqətən, mən əmir yox, vəzir olaraq göndərilmişəm”.[1]

Digər hədislərdə bildirilir ki, İsa (ə) endiyi zaman Əshabi-Kəhf də onun yanında olacaqdır”[2].

Həzrətin əshabı barədə başqa bir sual da ortaya çıxır ki, bu qədər müsəlman cəmiyyətindən yalnız 313 nəfər o Həzrətə yardımçı olacaq?

Əvvəla, hədislərdə Həzrətin yaxın səhabələrinin xüsusiyyətləri qeyd edilmişdir. Yalnız bu xüsusiyyətlərə yiyələnmiş kəslər Həzrətə yaxın olacaqdır.

İkincisi, qeyd edilmişdir ki, Həzrətin 313 nəfərdən əlavə on min nəfərə yaxın yardımçısı da olacaqdır.

Üçüncüsü, 313 nəfər yardımçının olması zühur üçün kifayət edəcək amil yox, sadəcə şərtdir.[3]

[1] Məlaim, səh.83

[2] Həmin mənbə

[3] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930