Daşıdığımız Əhli-beyt (ə) adları
Müəllif: Admin
Tarix: 15-09-2020, 11:31
Daşıdığımız Əhli-beyt (ə) adları
Bildiyiniz kimi əziz İslam Peyğəmbəri (s) buyurmuşdur: “Məndən sonra yolunuzu azmayısınız deyə sizin aranızda 2 böyük əmanət qoyub gedirəm: Allahın kitabı Qurani-Kərim, mənim Əhli-Beytim (ə).

Quran və Əhli-Beytdən (ə) ayrı düşmək - həlak olmaq deməkdir”.

Bəli, əziz Peyğəmbərimiz (s) bilirdi ki, ondan sonra İlahi elçi olmayacaq. Bu da ondan xəbər verirdi ki, insanların haqdan uzaq düşmək ehtimalları çox böyük olacaqdır.

Bir halda ki, əvvəllər çox sayda Peyğəmbərlərin (ə) göndərilməsinə baxmayaraq, insanlar asanlıqla haqdan uzaqlaşmışdılar. Bu da insanlığın unutqan və rahat şəkildə yoldan çıxa bilmə xüsusiyyətinin olmasının nəticəsidir.

Sözsüz ki, bəşəriyyətin Xatəmül-Ənbiyadan (s) sonra özbaşına qalması - qətiyyən ağlasığmaz bir durum idi.

Şübhəsiz ki, bu 2 əmanət olduqca mühüm əmanətlərdir. Uca Allah mütləq ədalət sahibi olduğundan aydındır ki, bu iki əmanətin olmaması ədalətsizlik olardı.

Hər iki əmanət üzərində diqqətlə düşünsək, görərik ki, həqiqətən də düşünən bir insanın bu iki əmanətlə haqqı tapması çox rahatdır. Məsələn götürək hazırkı yaşadığımız əsri.

Həzrət Peyğəmbər (s) həytada yoxdur və o əziz insanı görməmişik. Bir düşünən insan kimi təhlil edək və baxaq ki, haqqı necə tapa bilərik? Bir müddət təhlil və araşdırmalardan sonra Qurani-Kərim yardımıza gələcəkdir.

1-ci əmanətdən sonra həqiqi təfəkkür əhli İslam tarixini vərəqləməyə vadar olacaq və heç şübhəsiz ki, növbəti höccətlər haqda ciddi qənaətə gələcəkdir.

Anlayacaqdır ki, Peğəmbərdən (s) sonra 12 höccət olmasaydı, din yarımçıq qalacaq və Qiyamət gününə qədər həqiqi İslamiyyət yalnış təfsir və yanaşmalara məruz qalıb, öz həqiqətindən kənar düşəcəkdi. Amma Allah Təala mütləq ədalətin mənbəyi olduğu üçün haqqı mütləq tamamlamalıydı.

Haqq birdir. Haqq məhz Əhli-Beyt (ə) vasitəsilə tamamlandı. Bunun bu şəkildə olmasını da Aləmlərin Rəbbi qərar verdi. Bəzilərinə bu nədənsə xoş gəlməsə belə.

Doğma xalqımız da hər zaman Allahın adını, Peyğəmbərimizin (s) adını və nəhayət Əhli-Beytin (ə) adını yaşatmışdır. Yaxşı-pis, savadlı-savadsız, bütöv-yarımçıq, amma yaşatmışdı. O mənada ki, imkanları daxilində. Hər halda bu, çox böyük lütfdür.

Xalqımız ən azından özündəki həya hissini qorumuşdur. Bu özü mühüm bir dərəcədir. Şərəf, namus, izzət kimi dəyərlərin əhəmiyyətini yaşatmışlar. Öz növbəmdə sonsuz təşəkkürlərimi bildirirəm haqqı yaşadanlara.

Və nəhayət xalqımızn öz oğullarına verdikləri Əhli-Beyt (ə) adlarının bəzilərinə birlikdə diqqət edək.

1. Uca Allahın və əziz İslam Peyğəmbərinin (s) adıyla bağlı meydana gəlmiş adlardan:

- Əsmaul-Hüsnayla bağlı olan adlar: ƏbdürRahim, ƏbdürRəhman, ƏbdülXaliq, ƏbdüsSəməd, ƏbdürRəzzaq, ƏbdülKərim, ƏbdürRauf və s.

- İnşaAllah, MaşAllah, Allahqulu, Abdullah və s.

- MəhəmmədRəsul, GülMəhəmməd, Məhəmmədəmin və s.

2. Əmirəlmöminin İmam Əlinin (ə) adıyla bağlı meydana gəlmiş adlardan:

- BabaƏli, ƏliSəttar, NurƏli, Əliİsa, XanƏli, Əlixan, CanƏli, ƏsabƏli, ƏbülHəsən, Əlimərdan, ƏliHüseyn, MəhəmmədƏli, MərdƏli, İmamƏli, Əliağa, AğaƏli, Əlibaba, Əliəkbər, Əliqulu, ƏliAbbas, AbbasƏli, ƏliMəhəmməd, Əlibəy, Əlibala, Əliheydər, QurbanƏli, OrucƏli, Əlibayram, BayramƏli, BaxışƏli və s.

3. Seyyidüş-Şühəda İmam Hüseynin (s) və İmam Həsən Müctəbanın (ə) adıyla bağlı meydana gəlmiş adlardan:

- BalaHüseyn, Hüseynbala, AğaHüseyn, Hüseynağa, HüseynƏli, MəhəmmədHüseyn, XanHüseyn, GülHüseyn, Hüseynqulu

- MəhəmmədHəsən, Həsənqulu


Oxşar xəbərlər
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930