Həzrət Zəhranı (s.ə) niyə gecə dəfn etdilər?
Mьəllif: admin1
Tarix: 6-12-2023, 10:26
Həzrət Zəhranı (s.ə) niyə gecə dəfn etdilər?

Həzrət Fatimə (s.ə) öz vəsiyyətində buyurmuşdu ki, onu gizli şəkildə gecə dəfn etsinlər. Bəs hansı hadisə baş vermişdi ki, Xanım (s.ə) belə bir şeyi istəmişdir?

Niyə anamız Fatimənin (s.ə) müqəddəs məzarı gizlidir? Peyğəmbərin (s) əziz qızını niyə gecə dəfn etdilər?

Bəli, Fatimə (s.ə) belə vəsiyyət etmişdir və buyurmuşdu ki, ona zülm edən heç bir kəs onun cənazə mərasimində olmasın. Bəli, bu, Xanımın (s.ə) necə məzlum şəkildə dünyadan getməsinə dair sabit bir sənəddir.

Xanım (s.ə) onları ömrünün sonuna qədər bağışlamadı və əfv etmədi. Halbuki, onun qəlbi o qədər mülayim və o qədər lətif idi ki, heç kəsə kin bəsləyə bilmir və heç kəsin düşmənçiliyini ürəyində saxlaya bilmirdi. O, məsum idi.

Lakin Əhli-Beytə (ə) edilən zülm o qədər böyük və əziyyətverici idi ki, o, bu zülmləri nə bu dünyada bağışladı və nə də axirətdə bağışlayacaqdır.

İmam Sadiqdən (ə) nəql edirlər ki, Həzrət Fatiməni (s.ə) ona görə gecə dəfn etdilər ki, Xanıma (s.ə) zülm edənlər onun cənazə namazını qılmasınlar.

Bəli, Xanım (s.ə) Əmirəl-mömininə (ə) buyurmuşdu ki, onu gecə dəfn etsinlər ki, ona əziyyət edənlər və ata mirasından məhrum edənlər onun cənazəsinə namaz qıla bilməsinlər.

Əhli-sünnə alimlərindən olan İbni Qətiyə Dinuri yazır ki, Həzrət Fatimə (s.ə) haqqını istədi, lakin, qəbul etmədilər. Ona görə də and içdi ki, bir daha onlarla danışmayacaqdır. Vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər ki, onlar orada iştirak etməsinlər.

Beləliklə deyə bilərik ki, Xanımın (s.ə) gecə dəfn olunmasının səbəbi ona zülm edən insanlar olmuşdur. Bəs Xanımın (s.ə) müştaqı olan bizlərin nə günahı vardır ki, onun qəbrini ziyarət etməkdən məhrum qalmışıq?

Dəfndən sonrakı hadisələrə nəzər salaq.

Dəfnin sabahısı günü Həzrət Fatiməni (s.ə) incidənlərdən bir qrup şəxs Xanımın (s.ə) cənazə namazında iştirak etmək üçün gəldilər.

Ancaq Miqdad onlara dedi ki, biz Xanımı (s.ə) gecə dəfn etmişik. Bu insanlar Bəqi qəbiristanlığına axışdı və bir-birinə bənzəyən 40 qəbir gördülər.

Bu şəxslərin fəryadı ucaldı və nalə çəkməyə başladılar. Dedilər: “Peyğəmbər (s) bizlərə ancaq bir qızını yadigar qoyub getmişdi. O, dünyadan gedib, amma biz onun cənazə mərasimində iştirak edə bilmədik”.

Xanıma (s.ə) zülm edənlər İmam Əlinin (ə) yanına gəlib dedilər ki, bu, bizə qarşı düşmənçiliyinin bir nümunəsidir.

Həzrət Əli (ə) buyurur ki, Xanım (s.ə) özü, ona zülm edənlərin onun dəfnində və namazında iştirak etməsinə icazə verməmişdi. Onlardan bəziləri qəbirləri bir-bir açacaqları ilə hədələdilər.

Bu halda Həzrət Əli (ə) buyurdu ki, Allaha and olsun ki, bu barədə ən kiçik bir iş görülsə, onlarla qılıncla danışacaq.

Biriləri bu yöndə müəyyən cəhdlər etmək istədikdə, İmam Əli (ə) buyurdu ki, İslama görə öz haqqından keçmişdir, amma əgər kimsə Həzrət Zəhranın (s.ə) qəbri barədə kiçik bir iş görsə, cəzalandırılacaqdır.

Bundan sonra oraya toplaşanlar dağılışdı. O gündən sonra Xanımın (s.ə) qəbrini tapmaq fikrindən bilmərrə daşındılar.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930