İmam Mehdinin (ə.f) əshabının sayı
Mьəllif: admin1
Tarix: 25-11-2020, 12:01
İmam Mehdinin (ə.f) əshabının sayı

İmamın səhabələrinin sayını və adlarını göstərən hədislər sənəd baxımından zəifdir. İbn Tavusun hədislərində 313 nəfərin yox, 240 nəfərin adı göstərilir.

Cəbrail, Həzrətin yaxın və ümumi səhabələri, həmçinin Məkkədə olub onun dəvətini qəbul edənlər Həzrətin beyətini qəbul edəcəklər.

Öz ətrafındakılardan əhd almaq İmam Mehdinin (ə.f) proqramlarından və üsullarındandır. İlkin İslam hökuməti qurulduğu vaxtdan əhd və beyət almaq qayda olmuşdur. İlk dəfə İslam Peyğəmbəri (s) belə bir üsulu tətbiq etmişdir.

Həzrət Əli (ə) buyurmuşdur: “Həqiqətən, Qaim öz yaxınları ilə peyman bağlayar, onlardan beyət alar...”[1]

Bəzi hədislərə əsasən, Həzrətin səhabələri dünyanın müxtəlif nöqtələrindəndir. Allah-taala qısa bir zamanda onları Kəbə ətrafında toplayar.

Seyid ibn Tavus nəql edir ki, İmam Əli (ə) İmam Mehdinin (ə.f) səhabələri haqqında buyurmuşdur:“Onlar Bədr səhabələri sayda, yəni 313 nəfərdir. Allah onları dünyanın şərqindən və qərbindən Kəbə ətrafına toplayacaq...”[2]

Bəzi rəvayətlərə əsasən, İmam Mehdi (ə.f) dövlətində nazirlər gənclərdən təşkil olunacaq. Onların kiçik bir hissəsi yaşlılar olacaq. Həzrət Əli (ə) buyurmuşdur: “Həqiqətən, Qaimin səhabələri gənclərdir...[3]"[4]
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930