Həzrət Zəhranın (s.ə) fəsahətli nitqləri, məharətli şeirləri, gözəl xəttatlığı, bərəkətli toxuculuğu
Mьəllif: admin1
Tarix: 12-02-2018, 21:28
Həzrət Zəhranın (s.ə) fəsahətli nitqləri, məharətli şeirləri, gözəl xəttatlığı, bərəkətli toxuculuğu
Məharət və qabiliyyət - insani sifətlərdəndir ki, hər bir insanda özünü müxtəlif şəkildə büruzə verir. Həzrət Zəhranın (s.ə) da həyatında bir çox məharətləri olmuşdur ki, onlardan bəzisinə işarə edək:

1. Natiqlik məharəti. Həzərt Peyğəmbər (s) buyurur: “Hər kəsin gözəlliyi onun söz fəsahətindədir”. Xanımın (s.ə) natiqliyini və söz fəsahətini hər bir xütbəsində aydın görmək olar. Bu xütbələrdən biri də “Fədək” xütbəsidir. Əllamə Məclisi bu haqda deyir: “Bu parlayan xütbə fəsahətli fikir sahiblərini onun heyrətindən sərgərdan etmişdir”.

2. Şeir və şairlik məharəti. Sözü şeir qəlibinə tökmək – məharət istəyir. Tarixdə Xanımdan (s.ə) bizə 70 beytə yaxın şeir gəlib çatmışdır ki, Həzrət Zəhra (s.ə) onları özü qoşmuşdur. Merac gecəsindəki şeiri, övlad tərbiyə edən zaman qoşduğu şeirlər, Əli (ə) ilə söhbət edən zaman, öz şəhadətini yada salmaq üçün, Peyğəmbərin (s) qəmi ilə bağlı qoşduğu şeirlər – bu sıradandır.

3. Xəttatlıq məharəti. İmam Həsən (ə) və İmam Hüseyn (ə) hələ uşaq yaşlarından xəttatlıq və gözəl yazmaqla məşğul olmuşdur. Onların yazıları ilə adətən Peyğəmbər (s), İmam Əli (ə) və Həzrət Fatimə (s.ə) məşğul olurdu. O zaman ki, Həzrət Əli (ə) Fatimənin (s.ə) başı üstünə gəlir və Fatimənin (s.ə) üzərində olan örtüyü qaldırır, onun yanında əl yazısını tapır. Bu, Həzrət Zəhranın (s.ə) vəsiyyətnaməsi idi.

4. Toxumaq məharəti. Toxumaq elə məharətlərdəndr ki, İslam dini onu tövsiyə edir. Bu məharət, həm insanın özünə və həm də ailəsinin ruhiyyəsinə müsbət təsir qoyur. Bir növ ailənin iqtisadi büdcəsinə yardım olur. Bir gün İmam Əli (ə) Xanım (s.ə) tərəfindən qoyun yunundan toxunulmuş əşyanı bazara aparır və yun satana onu almasını təklif edir. O, da bu yun əşyanı 9 kq arpa ilə dəyişir. Bu xəbər Xanıma (s.ə) çatır və Xanım arpanın 3 kq-nı dəyirmandan keçirib, xəmir yoğurur və 5 ədəd çörək bişirir.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031