Möminin 3 xüsusiyyətlə imtahana çəkilməsi
Müəllif: admin1
Tarix: 18-06-2020, 22:46
Möminin 3 xüsusiyyətlə imtahana çəkilməsi

Həzrət Peyğəmbər (s) buyurur: “Mömin bu üç xüsusiyyətə malik olmamaqdan ağır imtahanla imtahan olunmaz”.

Soruşurlar ki, bu üç xüsusiyyət nədir?

Buyurur: “Hər nəyi ilə olursa-olsun, maddi yardım etmək (din qardaşına), insaflı olmaq və insanlara haqq vermək, hər bir halda Allahı yada salmaq”.

Hər bir müsəlmanın öz din qardaşı qarşısında haqq və hüququ vardır.

İmam Sadiq (ə) Məala ibni Xənisə buyurur: “Hər bir müsəlmanın öz qardaşı üzərində yeddi haqqı vardır. Onların ən asanı odur ki, o şeyi ki, özün üçün istəyirsən, onun üçün də istəyəsən. O şeyi ki, sevmirsən, onun üçün də sevməyəsən.

İkinci haqq budur ki, onu qəzəbləndirməkdən çəkinəsən və o şey ki, onun razılığına səbəb olar, onu hazır edəsən. Onun əmrinə itaət edəsən.

Üçüncü haqq budur ki, ona canınla, malınla, dilinlə, əlinlə, ayağınla yardım edəsən.

Dördüncü haqq budur ki, onun gözü, yolgöstərəni olasan.

Beşinci haqq budur ki, o, ac olanda sən tox olmayasan, o, susuz olanda sən sirab olmayasan, o paltarsız olanda sən geyimli olmayasan.

Altıncı haqq budur ki, əgər sənin xidmətçin varsa və onun yoxdursa, öz xidmətçini göndərəsən ki, onun paltarlarını yusun. Yeməyini bişirsin, yatağını düzəltsin.

Yeddinci haqq budur ki, onun andına hörmət edəsən. Dəvətini yerinə yetirəsən. Əgər xəstə olsa, onu ziyarət edəsən.

Əgər dünyasını dəyişsə, cənazəsini müşayiət edəsən. Əgər hacəti və ehtiyacı olsa, onu yerinə yetirməkdə çalışasan.

Əgər bu haqlara riayət etsən, vilayət və onunla qardaşlıq rabitəsini qurmuş olarsan”.

İmam Sadiq (ə) buyurur: “Bax gör Allah sənə hansı nemətləri vermişdir. Din qardaşlarını ondan bəhrələndir”.

İmam Cəfər Sadiq (ə) buyurur: “Öz din qardaşlarına yardım etmək vasitəsilə Allaha yaxınlıq tapın”.

Bəli, həqiqətən də insanlar üçün yuxarıdakı hədisdə adı çəkilən 3 xüsusiyyətə əməl etmək çox çətindir. Çünki insanın ən şiddətli nəfsi ilə üz-üzə dayanır: nəfsi istəyi, mal istəyi, şöhrət istəyi ilə. İnsanlara yardım etmək və insaflı olmaq çətin bir işdir.

Biz müsəlmanlar gərək insaf sözünü unutmayaq. İnsaf odur ki, əgər insan biri ilə dalaşsa və əgər özü təqsirkardırsa, onu etiraf etsin. Öz tərəfindən üzr istəsin.

Əgər kiminsə haqqını yeyibsə, onu da etiraf etsin. Əgər yersiz yerə mühakimə edibsə, üzr istəsin. Əgər həyat yoldaşı düz deyirsə, onu qəbul etsin.

Cəmiyyətdə baş verən bir çox münaqişələrin səbəbi insafsızlıqdır. Vəhdətin kökü isə insafı qəbul etməkdir.

Necə ki, İmam Əli (ə) buyurur: “İnsaf – ən üstün fəzilətdir”.

Əgər cəmiyyətdə və ya evdə insaf hakim olarsa, hər bir münaqişə aradan qalxar. Onu yerini ülfət alar.

Allahı hər bir halda yada salmağa gəldikdə isə, ancaq dildə təsbihləri demək nəzərdə tutulmur. Bəlkə məqsəd budur ki, haramla qarşılaşan zaman Allahı yada salsınlar və haramdan uzaq olsunlar.


Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930