Həzrət İmam Rzadan (ə) hədislər
Müəllif: Admin
Tarix: 3-07-2020, 09:37
Həzrət İmam Rzadan (ə) hədislər

1 Hədis: İmanın dörd əsası var: Allaha təvəkkül, Allahın verdiklərindən razı qalmaq, Allahın əmrlərinə təslim olmaq, işləri Allaha tapışırmaq.

2 Hədis: İmam Rzadan (ə) ən üstün bəndələr haqqında soruşuldu. İmam (ə) buyurdu: Onlar yaxşılıq edəndə xoşhal olur, pislik edəndə üzr istəyir, əta ediləndə şükür edir, bəla gələndə səbir edir, qəzəblənəndə bağışlayırlar.

3 Hədis: Yoxulla rastlaşanda varlılarla salamlaşdığından fərqli salamlaşan insan qiyamət günü Allahın qəzəbinə gələr.

4 Hədis: İmam Rzadan (ə) dünya xoşbəxtliyi haqqında soruşdular. Buyurdu: Evin genişliyi və dostların çoxluğu dünya xoşbəxtliklərindəndir.

5 Hədis: Hakimlər yalan danışanda yağış yağmaz, başçının zülmü dövləti rüsvay edər. Malın zəkatı verilməsə mal-qara məhv olar.

6 Hədis: Möminin problemini həll edib onu qəmdən qurtaranı Allah qiyamət günü qəmdən azad edər.

7 Hədis: Allahın nəzərində vacib əmrlərdən sonra ən üstün iş mömini sevindirməkdir.

8 Hədis: Üç iş başqa üç işdən aslıdır. Kifayət qədər imkanı olmayan çətinlik çəkər, işdə geri qalan məhrumiyyətə düçar olar, avam insan mərifət əhlinin düşməni olar.

9 Hədis: Yoxsullulqla var-dövlət, çox yaxşılıqla az yaxşılıq arasında orta hədd tutun. Allah-Taala qiyamət günü para xurmanı Ühüd dağı həddində böyüdər.

10 Hədis: Bir-birinizin görüşünə gedin ki, sevgi yaransın. Bir-birinizin əlinizi sıxın və bir-birinizə qəzəblənməyin.

11 Hədis: Din və dünya işlərində sirr saxlayın. Rəvayətə görə sirr açmaq küfrdür. Buyurulur ki, sirr açan qətlə şərik sayılar. Tövsiyə olunur ki, düşməndən gizlədiyini dost da bilməsin.

12 Hədis: İnsan düşdüyü quyudan əhdi pozmaqla çıxa bilməz. Zülmlə yanaşı hiylə insanı əzabdan xilas etməz.

13 Hədis: Hakimdən qorxun olsun, dosta qarşı təvazökar ol, düşmənlə ehtiyatlı davran, xalqla xoş rəftar et.

14 Hədis: Kim Allahın verdiyi az rusidən razı qalsa, Allah da onun cüzi əməli ilə kifayətlənər.

15 Hədis: Ağıl Allahın insana hədiyyəsidir.Ədəbli olmaq ağrıya dözməkdir. Zəhmət çəkib ədəbini qorumaq istəyən arzusuna çatar. Amma zəhmət çəkməklə ağıl qazanmaq istəyən yalnız öz cəhalətini artırar.

16 Hədis: Ailəsinin dolanışığı üçün ruzi arxasınca qaçanın mükafatı Allah yolunda vuruşan mücahidin mükafatından çoxdur.

17 Hədis: Beş xüsusiyyəti olmayan insandan dünya və axirətdə bir xeyir gözləmə. Bir insanda etibar, səxavət, möhkəmlik, nəcabət, Allah qorxusu görməsən, ondan xeyir gözləmə.

18 Hədis: İki dəstə baş-başa gələndə qələbə əfv və güzəşti çox olan tərəfindir.

19 Hədis: Məbada Ali-Məhəmməd, Əhli-beytlə dostluğa güvənib saleh əməli tərk edəsiniz. Məbada saleh əmələ güvənib Ali-Məhəmməd, Əhli-beytlə dostluğu tərk edəsiniz.

Oxşar xəbərlər
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31