QURAN ÖYRӘNMӘYİN FӘZİLӘTİ
Mьəllif: admin1
Tarix: 6-05-2020, 17:39
QURAN ÖYRӘNMӘYİN FӘZİLӘTİ
Peyğəmbər (s) buyurur: "Həqiqətən Quran ilahi süfrədir, elə isə bacardığınız qədər ondan bəhrələnin".

Peyğəmbər (s) Muaz ibni Cəbələ tövsiyə edərək buyurur: "Ey Muaz! Әgər xoşbəxt insanlar kimi yaşamaq, şəhidlər kimi ölmək, məhşərdə azad olmaq qiyamət günü əmin-amanlıqda qalmaq, o günün qaranlıq və zülmətindən yaxa qurtarmaq, qızmar günlərdə kölgə və asayişdə olmaq, susuz olduğun günlərdə susuzluğunu dəf etmək, çətinliklərlə qarşılaşdığın zaman öz mövqeyini qoruyub saxlamaq, haqq yoldan uzaq düşdüyün zaman hidayət olmağını istəyirsənsə, Quranı öyrən. O, mehriban Allahı yad etməkdə ən gözəl vasitə, Şeytanın müqabilində böyük bir zireh və əməllərin ölçülməsi üçün ən yaxşı meyardır".

Peyğəmbər (s) buyurur: "Sizlərdən biriniz digərinizə Quran ayələrindən birini öyrədərsə, həmin şəxsin ağasına çevrilər. Elə isə onlara qarşı hörmətsizlik etməməli və hüquqlarını taptalamamalıdır. Belə bir kobudluğa yol verən şəxslər, sanki islamın dayaqlarından birini viran etmiş olarlar".

"Allahın evlərindən birinə [məscidlərdən] yığışıb Quranı öyrənən şəxslərə Allahın rəhmət və bərəkəti nazil olar və mələklər onları əhatə edərək xoş sözlərlə yad edərlər"
.
"Allah-taala qiyamət günü övladına Quran öyrədən şəxslərin boynuna elə bir boyunbağı salar ki, gözəlliyindən məhşərdə hamını heyran edər".

Әli (ə) buyurur: "Övladın atanın üzərində olan haqqı ona gözəl ad qoymaq, tərbiyə etmək və Quran öyrətməkdən ibarətdir".

"Quran oxumağı öyrənin, çünki o, ən gözəl kəlamdır; onun məna və məfhumunu dərk edib yaxşıca düşünüb daşının, çünki o, qəlblərə bahar gətirir; ondan şəfa istəyin, çünki o, canların şəfasıdır; onu gözəl oxuyun, çünki orada ən gözəl əhvalatlar söylənilir".

İmam Cəfər Sadiq (ə) buyurur: "Yaxşı olar ki, möminlər dünyalarını dəyişməyənədək Quran öyrənsinlər və ya dünyalarını dəyişdikləri zaman Quran öyrənməklə məşğul olsunlar".

Müəllif: İsmayıl Əhmədov
Tərcüməçi:Təhqiqat qrupu /zehra-yolu.com/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031