Sədəqə bəndənin əlinə keçməzdən əvvəl, Allah Təalanın əlində qərar tutar
Mьəllif: admin1
Tarix: 20-09-2021, 20:04
Sədəqə bəndənin əlinə keçməzdən əvvəl, Allah Təalanın əlində qərar tutar
Quranın biz müsəlmanlara verdiyi göstərişlərdən biri də sədəqədir. Sədəqə mənfəəti cəlb edər və bəlanı dəf edər. Ona görə də bəla gələn zaman sədəqə vermək müstəhəb əməllərdən hesab olunur. Allah buyurur ki, sədəqə verərək özünüzü sığorta edin.

Bir əməlin dəyərli olmasında ixlasın böyük rolu vardır. Allah Təala buyurur:

“Əlbəttə, öz Rəbbindən gizlində (camaat onu görmədiyi halda belə) qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır”. (“Mulk” 12).

Allah yanında ən səxavətli insan o kəsdir ki, yoxsul olmasına baxmayaraq, sədəqə verər. Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı sədəqə yoxsul insanın malından verməsidir”.

İmam Sadiq (ə) buyurur: “Şeytan üçün möminin sədəqə verməsindən heç bir şey ağır deyildir. Sədəqə bəndənin əlinə keçməzdən əvvəl Allah Təalanın əlində qərar tutar”.

Əziz İmam (ə) bu nurani kəlamı ilə bizlərə çatdırır ki, sədəqə o qədər əhəmiyyətlidir ki, Allah Təala onu birbaşa bəndəsindən Özü qəbul edər.

Həzrət Sadiqdən (ə) gələn başqa bir hədisdə oxuyuruq: “Allah Təala elə bir şeyi xəlq etməmişdir, məgər onun üçün gözətçi olmasın.

Sədəqədən başqa ki, onu Allah Təala saxlayar. Atam sədəqə verən zaman onu yoxsulun əlinə qoyardı və sonra götürüb onu öpər və iyləyərdi. Sonra da yoxsula geri qaytarardı”.

Bəndə bilməlidir ki, sədəqə verən zaman Kimin əlində qərar tutur. Ona görə də sədəqə verən zaman minnət qoymaq və təkəbbür göstərmək olmaz. Qoyulan hər bir minnət Allaha edilər. Sədəqə verənin təvazökarlıq etməsi əslində - Allaha təvazökarlıq etməsidir.

Hədislərdə oxuyuruq ki, hər kim səhər sədəqə verər, o gün səma bəlalarından amanda qalar. Əgər gecənin əvvəlində sədəqə verərsə, həmin gecə səma bəlalarından amanda qalar. Əgər bir müsəlmanın qarnını doyuzdursalar, əynini geyindirsələr, abırını qorusalar – 70 həccdən daha üstündür.

İmam Baqir (ə) buyurur: “Hər gün bir dinar infaq edərdim”.

Həzrət Peyğəmbər (s) buyurur: “Məgər bilmirsiniz ki, möminin sədəqəsi əlindən çıxmaz, o zamana qədər ki, 70 şeytanın ağzından azad olar. Yoxsulun əlində qərar tutmaz, məgər əvvəl Allah Təalanın əlində qərar tutar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930