Ən dəyərli gözəllik – qəlb rahatlığı və vüqardır
Mьəllif: admin1
Tarix: 25-11-2017, 12:38
Ən dəyərli gözəllik – qəlb rahatlığı və vüqardır

O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

Həzrət Peyğəmbər (s) buyurur: “Yaxşılıq - paltarın və həyatın gözəlliyində deyildir. Bəlkə yaxşılıq rahat və vüqarlı olmaqdadır”.

Bir insanın ən dəyərli gözəlliyi - qəlb rahatlığı və vüqarıdır. Rahatlıq isə imandan gəldiyi üçün insan Allahı yada salaraq rahatlıq tapar.

Bir gün səhrada yaşayan bir ərəb dəvəsi ilə bir yerdə Mədinəyə gəlir. İddia edir ki, Peyğəmbərin (s) dəvəsi ilə yarışmaq istəyir. Səhabələr bir-birinə dəydilər və hamısı yəqin etmişdilər ki, Peyğəmbərin (s) dəvəsi qalib gələcəkdir. Peyğəmbər (s) öz rəqibi ilə bir yerdə müsabiqə meydanına gedir.

İnsanların arasında qəribə bir həyəcan var idi. Müsabiqə başlayır və ancaq səhabələrin gözləntilərinin əksinə olaraq, Həzrət Peyğəmbərin (s) dəvəsi geri qalır və məğlub olur. Bu səhabələr Peyğəmbərin (s) dəvəsi haqqında xüsusi inanca malik idilər və bu vəziyyəti görüb çox narahat oldular. Peyğəmbər (s) onların bu halını görüb buyurdu: “Bu mövzuya görə narahat olmaq lazım deyildir. Mənim dəvəm başqalarından qabaqda getdiyi üçün məğrur olmuşdu. Bu da onun məğlub olmasına səbəb oldu”. Həzrət (s) bir anlıq belə öz qəlb rahatlığını əldən vermədi. Halbuki, səhabələri çox nigaran idilər.

İmam Baqirin (ə) evində çoxlu insan vardı. Davamçıları İmamı (ə) görməyə gəlmişdilər. Birdən ağlmaq və fəryad səsi eşidildi və nə baş verdiyini öyrənmək üçün içəri girdi. Məlum oldu ki, İmamın (ə) övladlarından biri şiddətli xəstəliyə düçar olmuş və yatağa düşmüşdür. İmam (ə) qonaqlarının yanında əyləşir və onlara qulluq edir. Az çəkmir ki, qadınların şivən səsi eşidilir və hamı başa düşür ki, bu uşaq dünyasını dəyişmişdir. İmam (ə) yerindən qalxır və içəri girir. Bir qədər keçəndən sonra gülərüzlə gəlir və qonaqlarına qulluq etməyə başlayır. Onlardan biri sual vermək üçün icazə alır və deyir: “O zaman ki, biz ağlamaq səsini eşitdik, öz-özümüzə fikirləşdik ki, bu müsibətdən sizdə təşviş yaranacaqdır. Ancaq indi sizi gülərüzlü görürük.

Biz qorxduq ki, sizin başınıza bir iş gələr. Ancaq sizi başqa cür gördük”. İmam (ə) aramlıqla və qəlb rahatlığı ilə buyurdu: “Həqiqətən, biz də istəyirik ki, sevdiklərimiz (övladlarımız) sağlam olsunlar. Ancaq o zaman ki, Allahın əmri nazil olar, Onun istədiyinə təslim olarıq”.

İmam Hüseyn (ə) - rahatlıq və vüqar rəmzidir. O, ən böhranlı vəziyyətdə belə öz rahatığını əldən vermirdi. İmam Sccad (ə) bu haqda buyurur: “(Aşura günü) xəstə idim və hərəkət etmək üçün gücüm yox idi. Atamın səsini eşidirdim ki, səhabələri ilə danışır və buyururdu: “Allaha ən gözəl şəkildə sitayiş edirəm və Onu hər bir şadlıq və qəmdə sitayiş edirəm. Mən öz yoldaşlarımdan yaxşısını tanımıram”. İmam (ə) bütün səhabələrini və övladlarını, yaxınlarını itirir, ancaq öz soyuqqanlığını və qəlb rahatlığını əldən vermir. O, buyurur: “O şey ki, mənə nazil olur, mənim üçün asandır, çünki Allah onları görür”.

Bəli, qəlb rahatlığı - İlahi övliyaların ən üstün sifətlərindəndir. Allah bizlərə də həyatın hər bir çətinliyində bu cür qəlb rahatlığı əta etsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930