Allahı yada salmaq nələrə səbəb olur?
Mьəllif: admin1
Tarix: 8-03-2021, 23:50
Allahı yada salmaq nələrə səbəb olur?
O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır». ("Rəd” 28).

Allahı yada salmağın çox sayda bərəkəti vardır. O cümlədən:

1) Onun nemətlərini yada salmaq - Allaha şükür etməyin amilidir.

2) Qüdrətini yada salmaq - Ona təvəkkül etməyin səbəbidir.

3) Onun lütfünü yada salmaq - İlahi məhəbbətin mənbəyidir.

4) Qəzəbini yada salmaq - Ondan qorxmağın amilidir.

5) Əzəmət və böyüklüyünü yada salmaq - Onun qarşısında təvazökar olmağa səbəb olar.

6) Aşkar və gizlində elmini yada salmaq - həya və iffətin mənbəyidir.

7) Əfv və kərəmini yada salmaq - ümid və tövbə mənbəyidir.

8) Ədalətini yada salmaq - təvqanın amilidir.

Allahdan başqa hər şey məhduddur. Ürəyi sakitləşdirməz və rahat etməz.

Namaz - İlahi zikr və rahatlıq mənbəyidir. "Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!”. ("Taha” 14).

Yəni insan o zaman ki, Allahın dərgahında olur ürəyi rahat olur, necə ki, Həzrət Nuh (ə) İlahi kəlam vasitəsilə rahat olur.

"Və gəmini (onun hissələrini, həcmini, quruluşunu və zaman və məkanı) Bizim nəzarətimiz altında və Bizim vəhyimizlə (vəhyimizin göstərişləri ilə) düzəlt”. ("Hud” 37).

Həqiqi bəndənin nişanəsi Allaha iman və yəqinlikdir.

Ürək yəqinliyi olmadan iman kamil olmaz.

Allahı dildə yada salmaq kifayət etməz, ürək yəqinliyi də lazımdır.

Ancaq Allahı yada salmaq ürəklərin rahatlıq mənbəyi olar.

Allah Təala bizləri Onu yada salanlardan qərar versin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031