Mömin insanın hacətini yerinə yetirmək 10 təvafdan daha üstündür
Mьəllif: admin1
Tarix: 12-05-2022, 16:40
Mömin insanın hacətini yerinə yetirmək 10 təvafdan daha üstündür
Allah yanında ən sevimli bəndə o kəsdir ki, bəşər ailəsinə faydalı olsun və ailəsini sevindirsin.

Kəbənin ətrafına fırlanmaq asandır. Bəzi insanlar hər il ümrəyə gedərlər. Ailəsini toplayıb bir yerdə ümrəyə gələrlər. Bəs heç indiyə qədər xəstə insanın evinin qapısını açmısınızmı? Heç yetim qıza cehiz verməyi düşünmüsünüzmü?

Qurani-Kərim buyurur ki, insan gərək başqalarının çətinliyinə laqeyd qalmasın. Hər kim laqeyd olarsa, müsəlman sayılmaz. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim səhəri edər və müsəlman qardaşının çətinliklərinə diqqət etməz, müsəlman deyildir”.

İmam Sadiq (ə) buyurur: "Hər kim Kəbə evini yeddi dəfə təvaf edər, Allah ona 6 min həsənə yazar. Onun 6 min günahını məhv edər. Onu 6 min dərəcə yüksəldər. Mömin insanın hacətini yerinə yetirmək bir, iki... on təvafdan daha üstündür”.

İnsanlara yardım etməyin yollarından biri də onlara borc verməkdir. Allah Təala buyurur ki, əgər mömin qardaşına borc verirsənsə, elə bil ki, Mənə verirsən.

"Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız”. ("Bəqərə” 245).

Bu ayə buyurur ki, hər kim Allah rizası üçün borc verərsə, sanki Allaha borc vermişdir. Bu əməlin Allah yanındakı əcr və savabı daha çoxdur.

Başqalarına yardım etmək insan ruhuna müsbət təsirlər qoyar. Həkimlərin nəzərinə görə bu insanların cismi və ruhi xəstəlikləri çox az olar. Bu insanlar daha çox yaşayarlar.

Lakin həkimlər bunun əsl səbəbini hələ də tapa bilməyiblər. Həkimlər xəstələrə tövsiyə edirlər ki, bacardıqları qədər insanlara yardım etsinlər. Çünki bu zaman enerjiləri artar, nikbin olar və sağlamlıqları bərpa olar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031