İblis (lən) dedi: “O zaman ki, təsbeh əlimdən düşürdü, mələklər onu təbərrük kimi götürür, mənə qaytarırdılar. O şey ki, məni lənətlənmiş etdi - təkəbbür və qürur idi...”
Müəllif: Admin
Tarix: 7-02-2015, 22:59
İblis (lən) dedi: “O zaman ki, təsbeh əlimdən düşürdü, mələklər onu təbərrük kimi götürür, mənə qaytarırdılar. O şey ki, məni lənətlənmiş etdi - təkəbbür və qürur idi...”


İnsan təkəbbür kimi bəyənilməyən bir sifətin sayəsində elə bir varlığa çevrilir ki, artıq başqalarının nəzəri onun üçün mühüm deyildir. Öz səhvlərinə diqqət etməz, davamlı olaraq təkəbbür zülmətində dövr vurar. İmam Əli (ə) buyurur: “Bil ki, qürur və təkəbbür düzgün işlərin əksinədir, insan ağlının və düşüncəsinin bəlası və savabıdır”. (Tebyan)

O kəs ki, təkəbbürə düçar olar, özünü başqalarından üstün bilər. Nəticədə insanlarla laqeyd rəftar edər. Belə insanın ətrafında olan insanlar dağılar. İnsan özünü tək və tənha hiss edər. İmam Əli (ə) buyurur: “Heç bir tənhalıq təkəbbür və qürur kimi dəhşətli deyildir”.

Təkəbbür insana imkan verməz ki, eyblərini görsün və ona görə də kamal yolunu üzünə bağlayar. İmam Əli (ə) buyurur: “Təkəbbür insanı nemət və savabın artmasından saxlayar”.

Allah Təala o kəslər ki, təkəbbür edirlər, əzəmətin zirvəsindən aşağı çırpar. İblisə (lən) əmr edilmişdi ki, Adəmə səcdə etsin. Lakin İblis təkəbbür etdiyi üçün behiştdən qovulur. Nəmrud peyğəmbərə (ə) qarşı qiyam edir, amma nəticədə bir ağcaqanad tərəfindən məhv olur. Firon da bu xəstəliyə düçar olur və tərəfdaşları ilə bir yerdə dənizdə qərq olur.

Hüneyn döyüşündə müsəlmanların sayı çox idi, özləri ilə qürurlanırlar. Ona görə də məğlub olurlar. Allah bu hadqa buyurur: “Həqiqətən, Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günü - sayınızın çoxluğunun sizi məğrur etdiyi, amma sizdən (hadisə və əzabdan)heç bir şeyi dəf etmədiyi və yer üzü bütün genişliyi ilə sizə dar olduğu, sonra isə düşmənə arxa çevirərək qaçmağa üz qoyduğunuz zaman kömək etdi. Sonra Allah Öz Peyğəmbərinə və möminlərə Öz xatircəmliyini (məxsus vaxtlarda Öz dostlarının qəlbinə nazil etdiyi qəlb rahatlığını) nazil etdi, sizin görmədiyiniz qoşunları göndərdi və küfr edənlərə əzab verdi. Budur kafirlərin cəzası!”. (“Tövbə” 25-26).

“(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 23).

İmam Əli (ə) buyurur: “Bəşərin təkəbbürlə nə işi var? Əvvəli nütfədir, axırı murdar. Nə özünü doyuzdura bilir, nə də ölümünü dəf edə bilir”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Şeytanın işindən, bizi ölümlə ayıltmazdan əvvəl ibrət götürək”.


Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, meracdan qayıtdım, İblis gəldi və dedi ki, siz dördüncü səmada yarısı yanmış minbər gördünüzmü? Peyğəmbər (s) buyurur: “Bəli”. İblis deyir: “O, mənim minbərim idi. Mən mələklər üçün moizə edirdim. O zaman ki, Allah hamını imtahana çəkmək istədi, mələklər qorxdular. Mənə dua etmək üçün iltimas etdilər. O zaman ki, təsbeh əlimdən düşürdü, mələklər onu təbərrük kimi götürür, mənə qaytarırdılar. Ey peyğəmbər! O şey ki, məni məlun etdi - təkəbbür və qürur idi. Mən mələklər üçün dua edirdim, ancaq özüm üçün dua etmirdim. Belə düşünürdüm ki, hamıdan yaxşıyam. Ey peyğəmbər! Hər nə qədər Allah səni qaldırsa, özünü görmə, Allahı gör!””.

Allah bizləri təkəbbürdən amanda saxlasın.

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031