Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Evlənənlərin özlərindən soruşduqları 4 sual - ARAŞDIRMA

Evlənənlərin özlərindən soruşduqları 4 sual - ARAŞDIRMA

Evlənənlərin özlərindən soruşduqları 4 sual - ARAŞDIRMA


(Tebyan saytına istinadən)
Evlilikdə məntiqə ehtiyac olsa da, bəzən bəzi məsələlər məntiqlə irəli gedə bilmir. Əgər qarşı tərəfin xüsusiyyətlərini qarşısınıza qoysalar və siz hamısına yaxşı qiymət versəniz, onun yenə də ideal həyat yoldaşı olacağı sizin üçün isbat olmaz.
Evliliyi ictimai rabitədən insanlıq rabitəsinə sala bilən amil – meyl və cazibədir. O meyl ki, sizi bir-birinizə qovuşdura bilər. Aranızda olan sevgi bağlarını gücləndirər. Əgər gələcək həyat yoldaşınıza görə lazımlı məlumata maliksinizsə və onu özünüzə uyğun hesab edirsinizsə, yenə də özünüzdən bəzi sualları soruşun. Sonra da onlara cavab verin.

1) Uşaqlarınızın atası olacaq bu insanla fəxr edirsinizmi?
Əgər sizin uşaqlarınızın atası o, olacaqsa, övladınızın ona bənzəməsini istəyərsinizmi? Övlad dünyaya gələn zaman bizim bir çox sifətlərimizi irs aparar. Əgər övladınızın həyat yoldaşınıza bənzəməsini istəmirsinizsə, o zaman bu evlilik heç də müvəffəq deyildir. Bu yolla həmin şəxsə nə qədər ehtiram qoyduğunuzu biləcəksiniz.

2) Onun ailəsinin üzvü olmaq istəyərdinizmi?
Ailə quran zaman siz onun ailəsinin bir üzvünə çevriləcəksiniz. Bu ailəyə daxil olmaq sizin üçün sevimli və xoşdurmu, yoxsa yox? Əgər bu ailəyə daxil olarkən şəxsiyyətinizin alçalacağını hiss edirsinizsə, o zaman tələsməyin və seçiminiz haqqında bir də düşünün. Belə düşünməyin ki, həyat yoldaşınız başqadır, ailəsi başqa. Hər bir insan öz ailəsinin nümayəndəsidir. Hətta rəftar və əxlaqı da onlardan qaynaqlanır. Bir insanı ailəsindən ayırmaq çox çətindir. Evlənən zaman həyat yoldaşınızı onlardan ayırmayın. Əgər evlilik hər nə qədər yaxşı olsa da, ərin ailəsi ilə münaqişə varsa çox da davam etməz və tez süqut edər.

3) Onu başqalarına tanıdan zaman nə hiss edirsiniz?
Bu sual həyat yoldaşınızın həm zahirinə aiddir, həm də batininə. Onunla görünən zaman narahat olursunuzmu? Ya əksinə sevinir və iftixar edirsiniz? İctimai yerlərdə onun rəftarından razısınızmı? Ya əksinə? Əgər ilk gündən onun yanında olmaq sizə xəcalət verirsə, bu zaman düşünməlisiniz. Gözəlliklər bizim üçün adi ola bilər, ancaq çirkinliklər heç bir zaman.

4) Onunla tək qalanda darıxırsınızmı?
İlk görüşdə elə bilirsiniz ki, hər bir şəraitdə onunla bir yerdə olmaq sevimli və maraqlıdır. İstər səma atlında olsun, istərsə də tavan. Bu arzular bəzən yanlış nəticələr verir. Əgər həyat yoldaşınızın sizə uyğun olduğunu müəyyən etmək istəyirsinizsə, o zaman özünüzü insan olmayan bir adada təsəvvür edin. Orada bir siz varsınız, bir də o. Onunla olsanız, həyatınız necə olar? Sıxıcı, yoxsa əyləncəli? Danışmaq üçün kifayət qədər sözünüz varmı? Əgər bu sualın cavabı da mənfidirsə, o zaman düşünməyiniz məsləhətdir.


/Deyerler.org/
Müəllif: Admin | 4-02-2015, 11:25
Baxılıb: 462
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.