Diqqətsiz qılınan namaz qara halda səmaya qaldırılar
Mьəllif: admin1
Tarix: 21-05-2020, 22:10
Diqqətsiz qılınan namaz qara halda səmaya qaldırılar

Əmirəl-möminin (ə) Muhəmməd ibni Əbu Bəkrə yazdığı məktubda buyurur: "Namazının vaxtına nəzarət et, onu öz zamanında qıl. Onu bekar olduğun üçün nə vaxtından tez qıl və nə də hansısa işinə görə onu vaxtından təxirə salma”.

İslam dininin, xüsusilə də Məsumların (ə) ən çox əhəmiyyət verdikləri mövzulardan biri – namazı əvvəl vaxtda qılmaqdır. Allah Quranda möminlərin sifəti kimi məhz bu əməli də bəyan etmişdir.

Namazın ədəblərindən biri – vaxtına nəzarət etməkdir. İmam Baqir (ə) buyurur: "Hər kim vacib namazı, haqqına arif olan halda vaxtında qılarsa və heç bir şeyi ondan üstün bilməzsə - Allah onun üçün cəhənnəmdən bəraət yazar. O kəs ki, qeyri-vaxtında qılar, o halda ki, başqa şeyi ondan üstün bilər – Allah Təala onu bağışlayar və ya əzab verər”.

Ayətullah Əşrəfi İsfahanidən nəql edilir ki, deyib: "Ayətullah Dəstğeyblə bir yerdə Məşhədə səfər etmişdik. Təyyarənin uçuş zamanı namaz vaxtının üstünə düşürdü. Təyyarəyə daxil olan zaman gördüm ki, Dəstğeyb narahatdır.

Soruşdum ki, nə isə olub? Dedi: "Namazı əvvəl vaxtda qılmaq təxirə düşdü”.

Dedim: "Bir-iki saat sonra Məşhədə çatırıq. Orada namazı qılarıq”. Dedi: "Ziyarət səfərinə görə namazı əvvəl vaxtda qılmaq olmasın?”

Bu zaman elan etdilər ki, təyyarədə olan problemə görə uçuş yarım saat gecikəcəkdir. Hava limanının namazxanasına gedib, bir yerdə namazlarımızı qıldıq”.

İmam Sadiq (ə) buyurur: "Hər kim vacib namazlarını vaxtında qılar, düzgün əda edər, mələk onu pak və parlayan şəkildə səmaya çatdırar – həmin namaz fəryad çəkər ki, Allah səni qorusun. Necə ki, məni qorudun.

Səni Allaha tapşırıram, necə ki, məni kərim mələyi tapşırdın. Hər kim üzrü olmadan vaxtından sonra diqqətsiz və mənəvi rabitə olmadan namazı qılarsa, mələk onu qara halda səmaya qaldırar.

Həmin namaz fəryad çəkər ki, Allah səni zay etsin, necə ki, məni zay etdin. Sənə riayət etməsin, necə ki, mənə riayət etmədin”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031