Gəlin və qayınanaya bəzi tövsiyələr
Mьəllif: admin1
Tarix: 7-07-2019, 11:45
Gəlin və qayınanaya bəzi tövsiyələr
Adətən evin oğulu evlənmək qərarına gələn zaman ən çox sevinən tərəf analar olur. Hər bir ananın arzusudur ki, böyütdüyü oğlunun toyunu görsün və müstəqil həyatı olsun.

Ailəyə yeni şəxsin, yəni gəlinin daxil olması bəzən çətinliklər doğurur. Çünki hələ qədim zamandan bəri gəlinlə qayınana münasibətləri gərgin olmuşdur.

Bu fikir hətta ərə getməyən qızların zehnində subay zamanından belə formalaşır ki, bu dünyada ideal qayınana yoxdur. Biz insanların probelmi odur ki, bir mövzunu araşdırmadan, onun haqqında tez hökm veririk.

Evlənən zaman rahatlıq və hüzur tapmaq istəyən cavanın ilk rastlaşdığı problem anası ilə həyat yoldaşının münasibətlərinin gərgin olmasıdır.

Ana elə bilir ki, gəlin oğlunu onun əlindən alır, oğlanın bacısı isə gəlinə qardaş məhəbbətini əldən alan rəqib kimi nəzər salır. Belə olan halda elə bir münaqişələr yaranır ki, heç bir tərəf ondan razı qalmır.

Lakin əgər bu gərginik yerinə dost və rəfiq münasibəti olarsa, daha müsbət nəticələr verər. Əgər gəlin ər evində dost və səmimi münasibətlə rastlaşarsa, o da hamıya dost münasibəti göstərər.

Bu cür olan zaman güzəşt etmək və təzəkkür eşitmək də rahat olur. Lakin əksər ailələrdə bu cür sağlam münasibət olmadığına görə, gərginliklər davam edir.

Ailədə elə mühit yaratmaq lazımdır ki, nə gəlin əziyyət çəksin, nə ana və nə də bacı.

Cavan gəlinlərə tövsiyələr:

- Çalışın ki, ilk addımda qarşılıq gözləmədən ərinizin ailəsinə yaxşılıq edəsiniz.

- Özünüzdə güzəşt hissini gücləndirin. Bağışlamağı həyatınızın ilk səhifəsinə daxil edin.

- Çalışın ki, kiçik hadisələri böyütməyəsiniz. Ona qol və budaq taxmayasınız.

- Öz valideynlərinizə can yandırdığınız kimi, ərinizin valideyninə də can yandırın.

- Ərinizin ailəsinin mənfi cəhətlərini onunla müzakirə etməyin. Əgər həmin mövzu sizi çox narahat edirsə, mənfi cəhətlərlə yanaşı, müsbət cəhətlərini də bəyan edin.

- Anası və ya bacısından narazılığınız olan zaman, onu sakit bir mühitdə onlarla müzakirə edin.

- Heç bir zaman onlardan intiqam almağı düşünməyin. Pisliyin cavabını pisliklə verməyin.

- Elə rəftar edin ki, əriniz hələ də anası və bacısı üçün dəyərlidir.

Qayınanalara və bacılara tövsiyələr:

- Gəlinizlə olan problemlərinizi oğlunuza deməyin. Onu həyat yoldaşına qarşı təhrik etməyin.

- Əgər oğlunuzla gəlininiz arasında gərginlik olarsa və sizdən yardım istəyərsə, çalışın ki, tərəfsiz qalasınız. Sanki qızınızdır.

- Əgər gəlininiz həssas insandırsa və sadə mövzulardan tez təsirlənirsə, çalışın ki, fəzanı sakit və aram saxlayasınız. Elə mühit yaratmayın ki, kin və küdurətə yol açsın.

- Əgər aranızda narazılıq yaranıbsa, heç bir zaman küsməyin. Oğlunuzun evinə gedib-gəlməyi kəsməyin. Qohumlarınızı bu narazılıqdan xəbərdar etməyin.

- Gəlininizə oğlunuzu oğurlayan insan kimi baxmayın. O, xoşbəxt olmaq üçün bu seçimi etmişdir. Onun seçiminə hörmət qoyun.

- Özünüzə təlqin edin ki, oğlunuzun müstəqil həyatı vardır və ona görə də onun öz qayda-qanunları vardır. Bu qanunlara hörmət qoyun.

- Ona mehribanlıq göstərin və onunla həmrəy olun.

- Gəlinizin hesabını oğlunuzdan ayırın. Əgər oğlunuza əsəbləşmisinizsə, gəlininizlə əlaqəsi yoxdur.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031