Nemətin şükrü - Allahın haramlarından çəkinməkdir
Mьəllif: admin1
Tarix: 25-05-2020, 12:23
Nemətin şükrü - Allahın haramlarından çəkinməkdir

"Və (yada salın) o zaman(ı) ki, İbrahim və İsmail evin (Kə’bənin) təməlini ucaldırdılar (və deyirdilər): «Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!»”. ("Bəqərə” 127).

İmam Sadiq (ə) buyurur: "Kəbə Həzrət İbrahimin (ə) zamanında 9 zərəh idi (təxminən 4 metr yarım). İki qapısı var idi. Abdullah ibni Zübeyr onu yenidən inşa etdi. Hündürlüyünü 18 zərəh etdi (təxminən 9 metr). Həccac da onu xarab etdi. Onu 27 zərəh hündürlüyündə inşa etdi. (təxminən 13 metr yarım)”.

"Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükür edin və küfr və nemətlərimə nankorluq etməyin”. ("Bəqərə” 152).

İmam Sadiq (ə) buyurur: "Həzrət Fatimənin (s.ə) təsbihi - Allahı çoxlu yada salmaqdır ki, Allah Təala buyurur: "Məni yada salın ki, Mən də sizi yada salım””.

Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) belə bir tövsiyə verir: "Üç şey vardır ki, bu ümmətin ona taqəti yoxdur: din qardaşını öz malında şərik etmək (yəni, ona maddi yardım etmək), insanlarla insaflı olmaq, hər bir halda Allahı yada salmaq. Və bu «سبحان اللّه و الحمد للّه و لا إله إلّا اللّه و اللّه أكبر» ("Subhənallah vəlhəmdulilləh və lə iləhə illəllah vəllahu əkbər”) deməklə olmur. Bəlkə budur ki, nə zaman ona haram olanlarla üzləşsə, Allah Təaladan qorxsun. Ona düçar olmasın”.

Şükürün həqiqəti.

Əmirəl-möminin (ə) buyurur: "Hər bir nemətin şükrü - Allahın haramlarından çəkinməkdir. Yəni, hər nemətin şükürü budur ki, insan həmin nemətlə günaha düçar olmasın”.

Misal üçün göz nemətinin şükrü budur ki, onunla naməhrəmə və Allahın haram buyurduqlarına baxmayasan. Ona görə də hər kim gözü ilə günah edər, gözün şükrünü etməmiş olar.

"Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir”. ("Bəqərə” 153).

İmam Baqir (ə) Fəzilə belə buyurur: "Ey Fəzil! Nə zaman bizim davamçılarımızı görsən, bizim salmımıza onlara çatdır. Onlara de ki, mən demişəm: "Allah yanında mənim əlimdən bir şey gəlməz, məgər o halda ki, təqvalı olasınız. Dindarlıq yolunda çoxlu səy edəsiniz. Ona görə də dillərinizi saxlayın, səbirli olun və namaz qılın. Allah səbirlilərlədir””.

Ona görə də Əhli-beytin (ə) şəfaəti o kəslərə şamil olar ki, həyatda olan zaman Allahın dinini qorusun. O din ki, ən mühüm əmri - vacibatları yerinə yetirmək və haramlardan çəkinməkdir.

Hər kim bu yolda öz səyini edər, ümid vardır ki, Əhli-beyt (ə) onun üçün şəfaətçi olsun. Lakin o kəs ki, din vadisində əslində olmaz, Allahın halal və haramına diqqət etməz, Əhli-beyt (ə) onun halı üçün faydalı olmaz.

"Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. ("Bəqərə” 155).

İmam Sadiq (ə) İmam Əlidən (ə) nəql edir ki, buyurub: "Ən çətin imtahan peyğəmbərlər üçündür. Sonrakı mərhələdə onların canişinləri üçündür. Sonra bu tərtiblə növbəti insanlar”.

Sonra buyurur: "Həqiqətən, mömin yaxşı əməlləri qədər bəla görər. Hər kimin dini doğru və rəftarı gözəl olarsa, bəlası daha çətindir. Çünki Allah Təala dünyanı möminin mükafatı, kafirin cəzası qərar verməmişdir. Hər kimin dini süst və rəftarı zəif olarsa, bəlası da azdır”.

Bu hədisi ali məktəblərdə götürülən imtahana bənzətmək olar. Belə ki, bir ali təhsilli həkimdən götürülən imtahan adi tələbədən götürülən imtahanla bir olmaz.

Həmçinin bu tələbənin imtahanı adi şagirdin imtahanı ilə fərqlidir. Xülasə, hər kəsin imtahanı öz səviyyəsinə uyğun baş verər. Ona görə də Həzrət İbrahimə (ə) oğlunu qurban etməsi kimi bir əmr, adi insanlara verilmir.

İmam Əli (ə) buyurur: "Allah, bəndələri pis iş görən zaman meyvələrini azaldaraq, bərəkəti saxlayaraq və xeyir xəzinəsini bağlayaraq imtahana çəkər ki, tövbə edən tövbə etsin. Əl çəkən (pis işlərdən) əl çəksin. Nəsihət alan nəsihət alsın. Tərk edən (günahı) tərk etsin”.

Qurani-Kərim buyurur: "Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar” ("Əraf” 94).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930