Peyğəmbərə (s) iftixar edərək təslim olaq
Müəllif: Admin
Tarix: 27-01-2015, 09:23
Peyğəmbərə (s) iftixar edərək təslim olaq


Həzrət Peyğəmbər (s) adi insandan üstün bir insan idi. Varlıq aləmində Peyğəmbərin (s) həqiqəti və şəxsiyyəti çox alidir. Quran bizlərə Peyğəmbərin (s) şəxsiyyətini və tutduğu məqamı tanıtmağa çalışır. (Tebyan)

“Ey iman gətirənlər! (Peyğəmbərə xitab edərkən) «raina» (bizə riayət elə) deməyin, «unzurna» (bizə nəzər sal) deyin (- çünki, birinci ifadə yəhudilərin yanında nifrin mənasınadır -) və (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı bir əzab vardır”. (“Bəqərə” 104).

Yuxarıdakı ayə bizlərə buyurur ki, Həzrət Peyğəmbərlə (s) adi insanla etdiyiniz rəftarı etməyin, hətta danışıq tərzinizə belə diqqət edin. Siz əgər Peyğəmbərlə (s) söhbət etmək istəyirsinizsə, gərək sözlərinizi seçib danışasınız. Onunla söhbət edən zaman kamilən diqqətli olmalısınız.

Adətən insan sevdiyi insanla səmimi söhbətlər edər və bu söhbət bir-birini tanımayan iki insanın söhbətindən fərqlənir. Lakin Peyğəmbərlə (s) səmimi olanlar belə, onunla söhbət edən zaman bu qaydalara riayət etməlidirlər. Deməli deyildirlər ki, bu Peyğəmbər (s) bizdəndir və ona görə də onunla ürəyimiz istəyən kimi rəftar edə bilərik.

Allah Təbarəkə və Təala başqa ayədə buyurur: “Amma belə deyildir (onların imanları yoxdur). Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca, iman gətirməzlər”. (“Nisa” 65).

Həzrət Peyğəmbər (s) qarşısında riayət etməli olduğumuz mövzulardan biri də budur ki, ona təslim olaq. İnsan başqa insana müxtəlif şəkildə təslim ola bilər. Bəziləri ikrahla təslim olarlar, bəziləri elə təslim olarlar ki, deyərlər başqa çarəmiz yoxdur. Bəziləri isə deyər ki, o, Peyğəmbərdir (s) ona görə təslim olmaq lazımdır. Allah bizdən istəyir ki, biz ona elə təslim olaq ki, bu təslim olmaq bizim üçün iftixar olsun. Əgər biz Peyğəmbərə (s) iftixar edərək təslim olsaq, o zaman hər bir çirkin iş görməyə cürət etmərik.

“Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O, sizi (dünyada)etdiklərinizdən xəbərdar edəcəkdir»”. (“Tövbə” 105).

Bizim Peyğəmbərimiz (s) qarşısındakı vəzifələrimizdən biri də budur ki, özümüzü o Həzrətin (s) qarşısında hiss edək. Əgər insan hər rəftarında Peyğəmbərin (ə) ona nəzər etdiyini hiss etsə, bu zaman bir çox çirkin işlərdən çəkinər.

“(Ya Peyğəmbər,) de: «Bu, mənim yolumdur. Mən və mənə tabe olan hər bir kəs bəsirət və gözüaçıqlıqla Allaha tərəf dəvət edirik. Allah bütün eyb və nöqsanlardan pak (və uzaq)dır və mən müşriklərdən deyiləm»”. (“Yusif” 108).

Bizim Peyğəmbərimiz (s) qarşısındakı başqa vəzifəmiz budur ki, ona kor-koranə deyil, agah şəkildə təqlid edək. Həzrət (s) özü də buyurur: “Hər kim ki, mənim ardınca gələr, gərək bəsirət üzərindən etsin”.

Ona görə də hər birimiz gərək fikirlərimizi inkişaf etdirək, varlıq aləminə olan baxışımızı inkişaf etdirək. Həzrət Peyğəmbər (s) bizlərə buyurur: “Mən istəyirəm ki, sən mənim sözlərimə qulaq asasan, ölçəsən, ayıq şəkildə onu qəbul edəsən”.

“Möminlər (mövcud ixtilaf və çəkişmə barəsində) aralarında (peyğəmbərin) hakimlik etməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman onların sözləri yalnız «eşitdik və itaət etdik» olar. Həqiqi nicat tapanlar onlardır”. (“Nur” 51).

Bizim başqa bir vəzifəmiz budur ki, Həzrətin (s) buyurduqlarını niyə və nə üçün demədən yerinə yetirək. Yəni, əgər Peyğəmbər (s) bizə əmr verirsə, onu sual vermədən yerinə yetirək.

“Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56).

Bizim Həzrət Rəsuli-Əkrəm (s) qarşısındakı başqa bir vəzifəmiz budur ki, ona salavat göndərməliyik. Bu, Quranın əmridir və Allah bizlərə bunu əmr edir. Allah buyurur ki, Mən və mələklərim bu işi görürlər, onu sən də et.

/Deyerler.org/
Oxşar xəbərlər