Müdrik insan qarğadan da dərs öyrənməlidir
Mьəllif: admin1
Tarix: 4-04-2020, 11:24
Müdrik insan qarğadan da dərs öyrənməlidir
Dünya - insan tərbiyə edən bir məktəbdir. Allahın hər bir məxluqu hədəfə doğru bir nişanə ola bilər. Ona görə də bu məxluqların hər biri insana bir dərs verə bilər.

Qarğa elə bir quşdur ki, üç halda ondan dərs almaq olar. Həzrət Peyğəmbər (s) buyurur: “Qarğada üç adəti öyrənin: ayıq olmasını, ruzi dalınca səhər tezdən getməsini və cütləşən zaman xəlvətə çəkilməsini”.

Həzrət Rəsulun (s) bu nurani sözlərində bəzi nöqtələr gizlənmişdir ki, onlara işarə edək:

1. Həyanın həyatımızdakı rolu. İnsan bütün heyvanlar arasında öz həyası ilə fərqlənən məxluqdur. Əgər həyası olmasaydı, qonaqpərvər olmazdı. Əgər həyası olmasaydı, əhdinə vəfa etməzdi, insanların hacətini yerinə yetirməzdi, yaxşılıqlara meyl etməz və pisliklərdən çəkinməzdi.

2. Ayıqlıq. Ayıq olmaq - iman əhlinin sifətlərindəndir. Onların ürəkləri nurani olduğu üçün, bu insanlar Allahın haramına göz yumar və özlərini şəhvətdən saxlayarlar.

Batinlərini abad edərlər. Allahın buyurduğuna əsasən özlərinə nəzarət edərlər və kitab və sünnətə əməl edərək özlərini tərəqqi etdirərlər. Haram tikə mədənələrinə daxil olmaz, dillərini qeybət və yalan danışmaqdan saxlayarlar.

3. Dünya. Dünya – öyrənmək yeridir. Hər bir məxluq bizlərə dərs verib, nələrisə öyrədə bilər. Heyvanların dünyası da başdan-başa dərs və ibrətlə doludur.

“Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi. Həqiqətən bunda (bu ram etmədə) düşünən dəstə üçün (Onun tövhid, qüdrət və mərhəmətindən) nişanələr vardır”. (“Casiyə” 13).

4. Heç bir məxluq əbəs yerə xəlq olmayıb. Hər birinin demək üçün öz sözü vardır. Ən böyük sözləri budur ki, insan üçün bu dünyaya qədəm basıblar.

Allah hər bir məxluqunu öz iradəsi ilə xəlq etmişdir və hər bir məxluqda hikmət gizlənmişdir. Allah bəzi məxluqlarını məhz insanlara ibrət vermək üçün xəlq etmişdir. Bu yolla insanları Öz itaətinə tərəf çağırmış və qüdrətini göstərmək istəmişdir.

5. Elmin əhəmiyyəti. Xilqətin əsası da bunun üzərində qurulmuşdur. Əziz Peyğəmbərin (s) bu sözləri də məhz elm və öyrənməyə işarə edir. Yəni, xilqətin hədəfi odur ki, insan mərifət əldə edərək itaət etsin və Allaha yaxınlaşmağa çalışsın.

Bu əməl də ona həmişəlik səadətin qapılarını açacaqdır. Əksinə küfr və fəsad ubudiyyət rabitələni kəsər və insanı həmişəlik olaraq həlak edər. Mərifət olmadan həqiqi itaət olmaz. Bu yolda hər fürsətdən faydalanmaq lazımdır. Bu ibrəti hətta bir quşdan belə ala bilərik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930