Valideyn səhvinin və düzgün rəftarının övladın müqəddəratında rolu
Mьəllif: admin1
Tarix: 27-05-2020, 23:19
Valideyn səhvinin və düzgün rəftarının övladın müqəddəratında rolu
Ata və ananın mühüm vəzifəsi – övlada tərbiyə verməkdir. Valideyn övladın ilk müəllimi kimi insan tərbiyəsində mühüm rola malikdir.

Valideyn o zaman ki, övlad sahibi olmaq istəyir, deməli bu ağır məsuliyyəti üzərinə götürməyə hazırdır. Hazır olmaq o deməkdir ki, siz bir valideyn kimi tərbiyə üsullarına bələdsiniz.

Tərbiyə etmək sadə bir iş deyildir. Bəzi valideynlər uşaqlarını tərbiyə edən zaman başa düşürlər ki, yanlış yoldadırlar. Bu zaman təcrübəli və agah valideyn ilə təcrübəsiz və hazır olmayan valideyn bir-birindən ayrılar.

Agah valideyn ümidsiz olmadan tərbiyə zamanı həmişə doğru yolları axtarıb tapar. Tərbiyə məsuliyyəti bir günə və ya bir qısa müddətə aid deyildir.

Sizin övladınız bir səhvi dəfərlərlə təkrar edəcəkdir ki, düzgün rəftarı öyrənə bilsin. Bu, elə bir zamandır ki, agah valideynlə təcrübəsiz valideynin fərqini görmək mümkündür.

Uşağın səhv rəftarından sonra agah valideyn övladına düzgün yolu tapmaq üçün fürsətlər verər. Halbuki, təcrübəsiz valideynlər övladının səhvinə görə əsəbləşər və kobud rəftar edərlər.

Ya da övladının ixtiyarına qoyduğu şeylərdən onu məhrum edər. Bu cür rəftar övladın özünə etimadını zəiflədər, qərar vermək qüdrətini azaldar, uşaqda həqarət hissini gücləndirər.

Ona görə də valideynin övladın şəxsiyyət kimi formalaşmasındakı rolu böyükdür. Bütün valideynlərin səyi övladlarının düzgün tərbiyə olunmasıdır. Lakin bir çox valideynlər tərbiyə üsullarında səhv edirlər.

Bu səhvi o zaman aradan qaldırmaq olar ki, düzgün yolu tapa bilsinlər. Bunun üçün hələ çox səhvlər edəcəklər. Mühüm olan budur ki, bu səhvi boyunlarına almaq üçün hazır olsunlar.

Bəzi valideynlər övladları ilə özlərini diktator kimi aparırlar. Onlarla səmimi deyildirlər. Adətən bu cür ailələrdə uşaqlar gərək xüsusi qayda və qanunlara əməl etsinlər.

Əks halda tənbeh olarlar. Bu cür uşaqlar gərək valideynin istədiyi kimi yaşasın və davransın. Bu cür ailələrdə qarşılıqlı anlaşma olmaz və uşaqlar məcburi şəkildə qanunlara əməl edərlər.

Bəzi valideynlər isə tərbiyəyə çox asan yanaşırlar. Bu cür ailələrdə sevgi çox, lakin övladların rəftarı səhlənkarcasına və qanun-qaydasızdır. Bu valideynlər övladlarına hər şeyi etməyə icazə verərlər.

Lakin bu valideynlər bilmirlər ki, övladlarını nizam-intizamla da tanış etməlidirlər. Yadda saxlamaq lazımdır ki, əgər tərbiyə mövzusunda qəti olmasalar, bu ağır vəzifənin öhdəsindən gələ bilməzlər.

Lakin bəzi vlideynlər övladlarının tərbiyəsində məntiqli yolu seçirlər. Valideyn sevgi göstərərək öz istəklərini övladına sərbəst şəkildə deyə bilir. Uşaq da bilir ki, hansı işləri görə bilər, hansı işləri görmək olmaz.

Bu cür ailələrdə böyüyən uşaqlar həm sevgi görür, həm də nizam-intizamla tanış olarlar. Bu cür ailələrdə hörmət, ehtiram, izzət, məntiq vardır.

Ata və ana olmaq çətin bir vəzifədir. Bu vəzifəni yaxşı yerinə yetirmək üçün gərək valideynlərdən hər biri tərbiyə üsullarında həmkarlıq etsinlər. Uşaqların önündə bir-birini müdafiə etsinlər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930