Qurani-Kərim saf qəlblərdə güclü təsir qoyar
Mьəllif: admin1
Tarix: 16-10-2018, 22:13
Qurani-Kərim saf qəlblərdə güclü təsir qoyar
Bəzi insanların ruhu və qəlbi o qədər saf və təmizdir ki, Allah kəlamını eşidən zaman təsirlənər və elə işlər görərlər ki, adları tarixə düşər. Bu insanlardan biri Əbu Təlhə Ənsari idi.

Onun Mədinədə gözəl xurma bağı var idi. Bu ayə nazil olandan sonra Peyğəmbərin (s) xidmətinə gedir: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə, əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92).

Əbu Təlhə Ənsari Həzrət Peyğəmbərə (s) deyir: “Bilirsiniz ki, mənim üçün ən sevimli mal - bu bağdır, mən istəyirəm ki, onu Allah yolunda infaq edəm. Bu da mənim axirətim üçün azuqəm olsun”.

Əziz Peyğəmbərimiz (s) buyurur: Afərin olsun sənə, bu, elə bir sərvətdir ki, sənə fayda verəcəkdir. Mən məsləhət bilirəm ki, onu ehtiyacı olan qohumlarına verəsən”. Əbu Təlhə Peyğəmbərin (s) əmrini yerinə yetirir və onu qohumlarının arasında bölür.

Harun-ər-Rəşidin arvadı Zəbidənin bahalı bir Quranı var idi və o, bu Quranı müxtəlid daş-qaşla bəzəmişdi. Ona çox əlaqə göstərirdi. Bir gün həmin Quranı tilavət edən zaman “Ali-İmran” surəsinin 92-ci ayəsinə gəlib çatır (“Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə, əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz...”) və bu ayəni oxuyub fikrə gedir.

Öz-özünə fikirləşir ki, mənim üçün bu Qurandan sevimli mal yoxdur. Gərək onu Allah yolunda infaq edəm. Bir nəfəri cavahir satanın yanına göndərir və üzərində olan daş-qaşı satır. Pulunu isə Hicaz susuz səhrasında yaşayanların su tapması üçün xərcləyir. Bu gün də onun adını daşıyan quyular qalmaqdadır.

Məkkə müşriklərindən bəzisi Vəlid ibni Məğirə kimi Quranı tədqiq etmək üçün Həzrət Peyğəmbərin (s) yanına gəlir. Ona müxtəlif mövzular haqqında suallar verir.

Həzrət Peyğəmbər (s) bütün suallara cavab verəndən sonra, bu ayəni tilavət edir: “Beləliklə, əgər üz döndərsələr, de: «Sizi Ad və Səmudun (bu qövmlərin) ildırımı kimi bir ildırımla (göydən gələn qorxunc nə’rə, od və külək kimi ölümə səbəb olan bəla ilə) qorxutdum»”. (“Fussilət” 13).

Onlar bu nurani kəlamı eşidən zaman o qədər təsirləndilər ki, tez ayağa qalxıb getdilər və öz tərəfdaşlarına bu kəlamlardan necə təsirləndiklərini danışdılar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031