İnsan düşünərək şəkləri aradan aparar
Mьəllif: admin1
Tarix: 6-01-2015, 21:40
İnsan düşünərək şəkləri aradan aparar


Varlıq aləmindəki hər bir fenomenin səbəbi və hikməti vardır. Etiqadda şəkk etmək də istisna deyildir. Etqadda şəkk etmək bəzən Allah Təala tərəfindən olar ki, bu yolla bəndəsini daha üstün yəqinlərə çatdıra bilsin. Əgər insan öz etdiyi şəklərdən nəticə çıxardarsa, o zaman inkişaf edər və irəli gedə bilər. Bəzi insanlar bir şeydə şəkk edən zaman iddia edirlər ki, həmin şey mövcud deyildir. Halbuki, şəkk nə yəqindir, nə də inkar. Bu ikisinin arasında qərar tutar. Əgər şəkk edən insan həmin mövzunu isbat və ya rədd etmək üçün səbəbə malik olmazsa, birini o birisindən üstün qərar verə bilməz. (Tebyan)

İnsanın ən çox şəkk etdiyi mövzulardan biri də Allahın varlığıdır. Yəni, nə qədər dəlil, sübut eşitsə də, bəzən yenə də şəkk edər. Bu şəkki aradan qaldırmaq üçün gərək bürhani dəlillərdən yardım alsın. Nizam bürhanı kimi. Hələ qədim zamanlardan insanlar aləmdə olan hadisələrin nə qədər nizamla baş verdiyinin şahidi olmuşdular. Bir qədər düşünüb bu nəticəyə gəlmişdilər ki, hikmətli bir Nizamyaradan mövcuddur ki, aləmdə belə nizamlılıq bərqərar etmişdir. Bu haqda düşünmək bizi Allahın varlığına çatdırar. Əmirəl-möminin (ə) buyurur: “Bu Allahdır ki, xəlq etdiklərində görünən tədbirin nişanələrinə görə ağıllara aşkar olmuşdur”.
Beləliklə, deyə bilərik ki, təbiət aləmi nizamlı bir fenomendir ki, onu Allah Təala xəlq etmişdir. Quran bir çox ayələrində yerdə və göydə, insan xilqətində olan nizama işarə etmiş və onları Allahı tanıtmaq üçün nişanələr hesab etmişdir.

“Şübhəsiz, göylərdə və yerdə (onların vücudunda və yaradılmalarının necəliyi və təsirlərində) iman əhli üçün (Allahın tövhid, rübubiyyət, qüdrət və hikmətindən) nişanələr vardır. Və həmçinin sizin özünüzün yaradılışınızda və (bütün aləmdə) yaydığı canlılarda (bədənlərinin və ruhlarının fərqliliyi və ruhlarının bədənlərlə əlaqəsi baxımından) yəqini olan bir dəstə üçün nişanələr vardır. Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır. Bunlar (Kitabın bu ayələri və sizin öz vücudunuzda və təbiətdə olan ayələr) Allahın haqq və doğru olaraq sənə oxuduğumuz ayələridir. Buna görə də (əgər bunları qəbul etməsələr), Allahdan (Allahın sözündən) və Onun nişanələrindən sonra hansı sözə iman gətirəcəklər?!”. (“Casiyə” 3-6).

İmam Baqir (ə) buyurur: “O kəs ki, yerlə göyün, gecə ilə gündüzün, fələkin, günəşin, Ayın və onun qəribə nişanələrinin vasitəsilə hidayət olmazsa, axirətdə kor ürəkli və yolunu azmış olar”.

Beləliklə, deyə bilərik ki, Allahı tanımağın ən yaxşı yolu – Allahın hikməti haqqında düşünməkdir. Bu aləmin məxluqlarına tamaşa edərək, Allahın qüdrət və hikmətini dərk etmək olar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930