İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
Müəllif: Admin
Tarix: 10-03-2019, 10:49
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi


İmam Həsən Əsgəri (ə) ümmətin himayəsiçisi kimi daima insanların işindəki düyünləri açardı. Fərq etmir ki, Allahın hüccəti hansı zamanda yaşayır. İstər açıq fəzada olsun, istərsə də bağlı.

İmam Həsən Əsgəri (ə) 234-cü qəməri ilində əziz atası İmam Hadi (ə) ilə bir yerdə Samirrada yaşayırdı. Çox çətin bir zamanda idilər. Lakin bu çətinliklər onların insanları hidayət etməsinə mane olmurdu.

İmam Həsən Əsgəri (ə) 6 il imamətlik edir. Bu illərin birində Samirrada möhkəm qıtlıq olur. O dövrün xəlifəsi olan Mötəmid Abbasi əmr edir ki, insanlar yağış istəmək üçün namaz qılsınlar.

İnsanlar üç gün dalbadal namaz qılmaq üçün namaz yerinə getdilər. Əllərini dua üçün açdılar, ancaq yağış yağmadı. Dördüncü günü xristianların böyük yepiskopu Casliq xristianlarla bir yerdə səhraya gedir. Keşişlərdən biri nə zaman əlini göyə qaldırsa, iri damçılı yağış yağardı.

Bu dəfə də bu cür oldu. Onun etdiyi dua nətincəsində çoxlu yağış yağdı. Bu mövzu müsəlmanların şəkkə düşməsinə səbəb oldu. Hətta bəziləri xristian olmağa meyl etdilər.

Bu mövzunu eşidən xəlifə, İmam Həsən Əsgərinin (ə) sorağına getdi. İmam (ə) zindanda idi. Olanları İmama (ə) danışdı. İmam buyurdu: “Sabah gələcəyəm və Allaha ümid edərək insanların bu şəkkini aradan qaldıracağam”.

Sabah olan zaman insanlar gəldilər və həmin keşiş də gəldi. Əllərini qaldırıb dua edən zaman İmam (ə) xidmətçilərdən birinə buyurdu: “Keşişin sağ əlindən tut və bax gör barmaqlarının arasında nə var?”. Onun əlindən qara bir sümük aldılar.

İmam (ə) keşişə xitab edib buyurdu: “İndi dua et və Allahdan yağış istə”. Səma yağış yağmağa hazır olan zaman onun duası ilə açılır və yağışdan xəbər olmur.

Xəlifə İmamdan (ə) soruşur: “Ey Əba Muhəmməd! Bu sümük nədir?”. İmam (ə) buyurur: “Bu keşiş peyğəmbərlərin (ə) birinin qəbrinin yanından keçən zaman onun bədəninə aid olan bu sümüyü tapır. Elə bir peyğəmbərin sümüyü yoxdur ki, zahir olsun, məgər o halda ki, göydən yağış yağsın”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031