Məsxərə etmək və insanlara pis ləqəb qoymaq – günahdır
Mьəllif: admin1
Tarix: 19-11-2020, 13:13
Məsxərə etmək və insanlara pis ləqəb qoymaq – günahdır
“Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər.

Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın.

(Mömini) imandan sonra fisq(günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!”. (“Hucurat” 11).

Bu ayədən çıxartığımız nəticələr:

İman, Allah bəndələrini məsxərə etməklə uyğun gəlmir. O kəs ki, əqidəsinə görə insanları başqalarını təhqir etməkdən saxlayır, gərək özü ilk növbədə bu qaydaya əməl etsin.

Məsxərə etmək – fitnənin, kinin və düşmənçiliyin açarıdır. Məsxərə etməyin kökü, özünü başqalarından üstün görməyə qayıdır.

Qurani-Kərim bu kökləri qurudur və buyurur: “Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər”.

Biz insanların batinindən xəbərdar deyilik. Ona görə də zahirə aldanıb, qərar verməyək.

İnsanların eybini axtarmaq – əslində öz eybimizi axtarmaq deməkdir. Başqalarının eybini danışmaq – öz eybinin kəşf olunmasına, üzə çıxmasına səbəb olar.

İnsanları çirkin ləqəblərlə çağırmaq birtərəfli qalmaz, mütləq bu çağırışın qarşılığı olar. Yəni, həmin şəxs də sizi həmin ləqəblə çağıra bilər.

Məsxərə etmək və insanlara pis ləqəb qoymaq günahdır. Bunun üçün tövbə etmək lazımdır. Ancaq dildə tövbə etməklə kifayətlənmək olmaz. Təhqir etdiyin şəxsdən halallıq almaq lazımdır.

Başqalarını məsxərə etmək onların şəxsiyyətinə hücum etmək deməkdir. Əgər məsxərə edən tövbə etməsə, zalımlardan hesab olunar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031