Quranda əmr be məruf və nəhy əz münkər
Mьəllif: admin1
Tarix: 10-02-2018, 22:35
Quranda əmr be məruf və nəhy əz münkər
Əmr be məruf və nəhy əz münkər haqqında Quranda olan ayələr arasında Tövbə surəsində olan 67 və 71-ci ayələr xüsusi yer tutur.

Allah-taala bu ayələrdə buyurur: Mömin kişilər və möminə qadınların bir-birinə vilayət haqları var. Üzərilərində olan bu haqqa görədir ki, əmr be məruf və nəhy əz münkər edirlər. “Vilayət” kəlməsini hansı mənada götürsək, istər məhəbbət, dost, istərsə də, qanuni qüdrət və üstünlük, rəhbər mənasında və ya hər hansı digər mənada, bu, başqalarını pis əməllərdən çəkindirmək üçündür. İnsan hər hansı bir şəxsi günahdan çəkindirmək istəsə, gərək həmin adam üzərində bir növ qanuni haqqı olsun.

Qərb mədəniyyətində bu haqqı heç kimə vermirlər. Heç kim qalxıb günaha mane olmur və ya başqalarının maddi və mənəvi işlərinə dəxalət etməyə haqqı yoxdur.

Əgər bir nəfər bu işi görmək istəsə, deyirlər: “Sənə nə!” Lakin İslam hamının bir olması iddiasındadır. Bir nəfər özünü günahdan, zərərdən qoruduğu kimi, başqalarını da qoruyub, çəkindirməlidir. İslam özünü yandırmaq istəyənin əlindən tutub saxlamağı insanların ilahi vəzifəsi bilir. Bu iş bəlkə də vaciblərin vacibidir: “Həqiqətən əmr be məruf və nəhy əz münkər böyük vaciblərdən biridir ki, onun vasitəsilə digər vaciblər də həyata keçirilir.”

Bundan əlavə, insanlıq hissləri də bu kimi işlərə laqeyid yanaşmamağı tələb edir.

Allah-taalanın öz bəndələrinə buyurduğu ən vacib vəzifələrdən biri, əmr be məruf nəhy əz münkərdir. Əgər əmr be məruf və nəhy əz münkər vəzifəsinə əməl edilməzsə, insan digər vəzifələrini də tərk edər.

Deməli, bu vəzifəsini icra etmək istəyən şəxsin bir növ qanuni haqqı olmalıdır ki, pis əməlin qarşısını ala bilsin. Əmr edənin qarşı tərəfə vilayət haqqı çatır. Allahın buyurduğu “vəl muminunə vəl muminatu bəzuhum əvliyau bəzin” ayəsindən əsas məqsəd, bəlkə də müsəlmanların bir-birinə əmr be məruf və nəhy əz münkər edə bilmələri üçün verdiyi vilayət haqqıdır.

Vilayət üçün nəzərdə tuta bilmədiyimiz mənalardan biri də, tez-tez zikr edilən “dost” mənasıdır. Yəni, möminlər bir-birinin dostudur, bir-birinə məhəbətləri olduğu, ürəkləri yandığı üçün kimsənin günaha düşməsini istəmirlər. Dostlarının sonu əbədi əzabla qurtaran bir işə qol qoymasına razı olmurlar.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031