Allah Təala eybləri gizlədəndir, insanlara da bu cür olmağı əmr etmişdir
Mьəllif: admin1
Tarix: 26-06-2018, 22:16
Allah Təala eybləri gizlədəndir, insanlara da bu cür olmağı əmr etmişdir

İmam Əli (ə) buyurur: “Qorx, qorx (Allahdan)! Allaha and olsun ki, o qədər eybləri örtər ki, sanki səni bağışlamışdır”.

Allah insanların günahlarını və eyblərini gizlədər. Allah insanı elə yaratmışdır ki, batini rəzil sifətlərini gizlədər: kin, həsəd, təkəbbür kimi. Əgər insan elə yaradılsaydı ki, əxlaqını üzündən oxumaq olsaydı, həyatı onun üçün çox çətin olardı. Ancaq Allah Təala Səttar olduğu üçün insanın eyblərini gizlədər və aşkar etməz. Lakin Qiyamət günü insanların üzündən onların əxlaqı tanınacaq.

Allah Təala Özü eybləri gilzətdiyi kimi, insanlara da bu cür olmağı əmr etmişdir. Allah buyurur ki, eyb axtarmayın, qeybət etməyin, töhmət vurmayın, bir-birinizin abırını aradan aparmayın.

Allahın Səttarul-uyub olmasının faydası nədir?

1. İnsanların şəxsiyyət və hörməti qorunar. Əgər insan öz şəxsiyyətini qoruya bilərsə, bu zaman günahdan çəkinər. Əgər insan cəmiyyətdə günahı ilə məşhur olarsa, bu insan artıq günahdan çəkinməz. Özünü daha çox günaha bulaşdırar. Lakin görəndə ki, günahlarının üstü örtülüdür, həya ona mane olar ki, günah etməsin. Allah ona görə buyurur ki, qeybət etməyin, insan rüsvay olmasın. Çünki əgər insan görsə ki, abırı gedib, bir daha günahdan həya etməz. Uşaq tərbiyəsində də İslam dini buyurur ki, uşaqlarınızı təhqir etməyin. Əksinə ona şəxsiyyət verin ki, öz dəyərini anlasın.

2. İkinci faydası budur ki, İlahi imtahanın sütunları möhkəmlənər. Azadlıq və ixtiyar sahibi olmaq Səttarlıqla qorunar. Çünki əgər insan bir günahına görə rüsvay olarsa, artıq günah etməzdi. Çünki rüsvay olmaqdan qorxardı, bu zaman əxlaqi dəyərlərə sadiq olduğu üçün deyil, məhz qorxu üzündən günahdan çəkinərdi. Bu zaman da təkamül olmazdı.

Lakin insan gərək Allahın bu sifətindən sui-istifadə etməsin. Xəyal etməyək ki, Allah bizi bağışlayıb, bəlkə də bu əzabın başlanğıcıdır.

Mömin çalışmalıdır ki, İlahi sifətlərə bürünsün. Allah hər bir eybdən pakdır. İnsan da eyblərindən pak olmağa çalışmalıdır. Imam Əli (ə) buyurur: “Başqasının səhvinə heç bir zaman sevinmə, çünki sən də həmişəlik səhvdən məsum deyilsən”.

Həzrət Əli (ə) buyurur: “Hər kim başqasının eybini axtarar - eybi axtarılar. Hər kim söyüş söyər - cavabını eşidər”.

İmam Sadiq (ə) buyurur: “Eyb axtaran insanlar milçək kimidirlər ki, napaklıqların üzərində əyləşərlər. İnsanların çirkin əməllərinin və eyblərinin arxasınca olarlar. Onların yaxşılıqlarını görməməzliyə vurarlar”.

Allahdan istəyirik ki, eyblərimizi bizə tanıtsın və onları aradan qaldırmaq üçün bizə tofiq versin!

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930