Bir tuluq su ilə susuz qalan Əbazər
Müəllif: Admin
Tarix: 6-01-2019, 22:56
Bir tuluq su ilə susuz qalan Əbazər
Yayın axırları idi, çox isti idi. Quraqlıq və susuzluq Mədinə əhlini əldən salmışdı. İnsanlar təzə rahat nəfəs almaq istəyirdilər ki, Həzrət Peyğəmbər (s) toplanmağı əmr etdi.

Romalılar müsəlmanları şimal-şərq tərəfdən təhlükədə qoymuşdular. Mədinə əhli meyvə yığımını saxlayıb, döyüşə getdilər. Onlar yayın qızmar istisi altında səhrada Mədinədən Şama tərəf yollandılar.

Münafiqlərin fitnələrinə və susuzluğa baxmayaraq 30 min nəfər toplanmışdı. Səhrada azuqə qıtlığı döyüşdən daha çox təhlükə yaradırdı.

Səhabələrdən biri gəlib, Həzrət Peyğəmbərə (s) deyir: “Ya Rəsullah! Kəəb ibni Malik Mədinəyə tərəf geri qayıdır”.

Peyğəmbər (s) buyurur: “Əgər ondan xeyir olsa Allah tezliklə onu bizə qovuşduracaqdır. Ancaq əgər olmasa, Allah sizi onun şərindən qurtarmışdır”.

Bir qədər keçir və yenə səhabələrdən biri Həzrətə (s) yaxınlaşıb deyir: “Ya Rəsullah! Mərarə ibni Rəbih də gedir”.

Həzrət Peyğəmbər (s) yenə həmin sözləri təkrar edir.

Əbazər yola dəvə ilə çıxmışdı və dəvəsi yolun yarısında dayanır və getmir. Əbazər nə qədər çalışırsa, dəvəsini yerindən tərpədə bilmir.

Ordudan geri qalır və səhabələri bunu görüb, Həzrət Peyğəmbərə (s) deyirlər: “Ya Rəsullah! Əbazər də qayıtdı”.

Peyğəmbər (s) yenə həmin sözlərini soyuqqanlıqla deyir. Əbazər yükünü düşürdür və belinə alıb, orduya çatmağa çalışır. Susuzluqdan taqətdən düşmüşdü. Ancaq özünü yaddan çıxardıb, Peyğəmbərə (s) çatmağa çalışırdı.

Bu zaman göydə bir bulud görür və düşünür ki, orada yəqin ki, yağış yağmışdır. Ona görə də yolunu bir qədər əyir. Bir daşa rast gəlir ki, orada yağış suyu yığılmışdı. Bir qədər ondan içir və onun hamısını içmək istəmir.

Fikirləşir ki, yaxşı olar ki, bu suyu özümlə Peyğəmbərə (s) aparım. Ola bilsin ki, Həzrət (s) susuzdur. Suyu tuluğa doldurur və başqa yükləri ilə bir yerdə onu da götürüb yola düzəlir. Susuz halda səhranın dərə və təpələrini keçir.

Uzaqda gözü ordunun qaranlıq kölgəsinə düşür. Ürəyi çırpınmağa başlayır. Ordu görür ki, onlara tərəf bir nəfər gəlir və Peyğəmbərə (s) xəbər verirlər. Peyğəmbər (s) buyurur: “Yaxşı olar ki, Əbazər olsun”. Əbazər yaxınlaşdıqca səhabələr qışqırırlar ki, bu Əbazərdir.

Peyğəmbər (s) buyurur: “Allah Əbazərə rəhm etsin. Tək yaşayıb, tək öləcək və tək məhşur olacaqdır”.

Peyğəmbər (s) onu qarşılayır və yükünü çiynindən götürüb yerə qoyur. Əbazər susuzluqdan və yorğunluqdan yerə yıxılır.

Peyğəmbər (s) buyurur: “Su hazırlayın və Əbazərə verin ki, çox susuzdur”.

Əbazər deyir: “Su mənim yanımdadır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Suyun vardı, amma içməmisən?”

Əbazər deyir: “Bəli, atam-anam sənə fəda olsun! Bir daşa rast gəldim ki, oradakı su sərin və içməli idi, bir qədər içdim, amma sonra fikirləşdim ki, onu içməyim, həbibim Rəsullah (s) içsin”.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031