Dost seçməyin meyarları
Mьəllif: admin1
Tarix: 26-03-2021, 09:27
Dost seçməyin meyarları

İnsanın mənəvi ehtiyaclarından biri - başqası ilə dostluq etməyə olan ehtiyacdır. İslam dini dostluğa və rəfaqətə xüsusi əhəmiyyət verir.

Əmirəl-möminin (ə) buyurur: “Hər kimin dostu olmaz, o insana bənzəyər ki, bədəninin mühüm üzvünü əldən vermişdir”.

İmam (ə) başqa yerdə buyurur: “Ən gücsüz insan o kəsdir ki, özünə dost seçə bilməz. Ondan da gücsüz insan o kəsdir ki, əldə etdiyi dostu əldən verər”.

Dostun insan həyatına təsiri çoxdur. Ona görə də İslam dini kiminlə gəldi dost olmağı tövsiyə etmir. İmam Əli (ə) buyurur: “Dostları seçən zaman imtahanı ön planda qərar ver”.

Həmçinin buyurur: “O kəs ki, düzgün imtahandan sonra kimisə dost seçərsə, dostluğu davamlı və möhkəm olar”.

İmam (ə) buyurur: “Hər kim öz dostundan dində əminlik, mətanət və həyatda düzgün yol görərsə, artıq bunun və onun sözlərinə diqqət etməsin”.

Dost seçməyin meyarı - mənəvi olmalıdır. Hər kim Allaha xatir və bir-birinə xidmət etmək üçün dostluq edərsə, günü-gündən dostluqları inkişaf edər. Lakin o kəslər ki, dostluqda maddi mənfəət ardınca olarlarsa, bu dostluq qısamüddətli olar.

İmam Əli (ə) buyurur: “Dost o kəsdir ki, səni canı ilə qoruyar. Malından, övladlarından və nəslindən üstün bilər”.

Ayna həm yaxşılıqları nümayiş etdirər və həm də pislikləri. Yaxşı dost da insanın aynası kimidir. Onun həm səhvlərini üzünə deyər və həm də qüvvətli cəhətlərini yadına salar.

O dost ki, dostunun eybini və səhvini üzünə deməz, onu yolunu azmaqdan qorumaz – bu, həqiqi dost deyildir. İmam Əli (ə) buyurur: “Sənin dostun səni pislikdən saxlayar”.

İmam (ə) yenə buyurur: “Hər kim eybini sənə aşkar edər - sənin dostundur”.

İmam Əli (ə) buyurur: “Dostuna davamlı olaraq öyüd-nəsihət ver: istər yaxşı olsun, istərsə də pis”.

İmam Əli (ə) buyurur ki, müsəlman hər kəslə dost olmaz. Yalançı, dünyapərəst, fırıldaqçı, şər, simic, alçaq, əxlaqsız, axmaq, söz gəzdirən, münafiq, eyb axtaran insanlar həqiqi dost ola bilməz.

İmam Əli (ə) buyurur: “Yaltaqla dost olma ki, o yağlı dili ilə səni aldadar. Yanlış işi gözündə doğru kimi cilvələndirər”.

“Yalançı ilə dost olmaqdan çəkin. Çünki yalançı ilğım kimidir. Uzağı yaxın və yaxını uzaq göstərər”.

“Əxlaqsız insanlarla dostluq etməkdən çəkin ki, pis və çirkinlikləri həmişəlikdir”.

“Nadanla dost olmaqdan çəkin, çünki sənə fayda vermək istəyəndə ziyan vurar”.

Bəzi insanlar dost olduğu insana elə ilk gündən bütün sirlərini verər. Dostluğunda bu kimi şeylərə məhdudiyyət qoymaz. Lakin əgər bir gün bu dostluq sona çatsa, həmin dost düşmən olub onun sirlərindən sui-istifadə edə bilər.

Ona görə də İmam (ə) buyurur: “Dostunla dostluqda ölçüyə malik ol, ona görə ki, bir gün səninlə düşmən ola bilər. Düşməninlə düşmənçilikdə də ölçüyə malik ol, ona görə ki, bir gün sənin dost ola bilər”.

İslam dini istəyir ki, möminlər bir-biri ilə dost olsunlar. Düşmənçilikdən uzaq olsunlar. İmam Əlinin (ə) nəzərinə görə dostluğun əsasını İlahi dəyərlər təşkil etməlidir. O kəslə dost olmaq lazımdır ki, dindar və təqvalı olsun.

İnsanı mənəvi təkamül etdirsin. İmam (ə) buyurur: “Heç bir mehribanlıq və dostluq yaxşı və öyüd verən dost kimi deyildir”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031