Vəhşət namazı, ölüyə toxunduqda qüsl almasının səbəb və fəlsəfəsi
Mьəllif: Admin
Tarix: 26-02-2024, 12:30
Vəhşət namazı, ölüyə toxunduqda qüsl almasının səbəb və fəlsəfəsi
Vəhşət namazı:

Ölünün dəfn edildiyi ilk gecə onun qəbir əzabından, qəbrin yalnızlıq və qorxusundan amanda olması üçün qılınan iki rükətlik namazdır.

Əhli-sünnənin fiqh kitablarında bu namazla bağlı söz açılmamışdır. Lakin bəzi əhli-sünnə mənbələrində “qəbir” yaxud “Nur” adı ilə qeyd olunan namaz adlarına rast gəlinir.

Bu, namazı qılanın qəbrinə nur olacağından ona “Nur”, qəbirlə bağlı olduğundan isə “Qəbir” adı verilmişdir. Adları fərqli olsa da mahiyyətləri eynidir. Namazın isə adı yox, daşıdığı mahiyyət önəmlidir və hansı niyyətlə edilməsi mühümdür.

Şiə fiqh kitablarında vəhşət namazının təfərrüatına, qılınma şəklinə işarə edilmişdir.

Allah Rəsulu (s) ölünün dəfn edildiyi ilk gecə qılınan namaz barədə demişdir: “Ölən kimsə üçün dəfn edildiyi gecənin ilk saatından daha qorxulu bir an yoxdur.

Elə isə ölən yaxınınız üçün sədəqə verərək ona rəhmət qazanın. Buna imkanınız çatmırsa, sizdən birisi onun üçün iki rükət namaz qılsın və savabını onun ruhuna hədiyyə etsin.” (“Əhli-beyt fiqhində cənazə hökmləri”, səh. 163)

Ölüyə toxunduqda qüsl almaq:

Yaşından, cinsindən və müsəlman olub-olmamağından asılı olmayaraq, ölən insanın bədəninə soyuduqdan sonra qüsl verilmədən öncə toxunularsa, bunun üçün qüsl almaq lazımdır.

Bu mövzuda qeyd olunan bir rəvayətdə belə deyilir: “Ölən kimsəyə qüsl verən şəxsin özü də qüsl almalıdır. Həmçinin, cənazənin bədəni isti ikən onu kim öpərsə, ona qüsl almaq vacib deyil.

Lakin cənazə soyuq olduğu halda ona kim toxunar və ya öpərsə, həmin şəxs qüsl almalıdır.” (“Əhli-beyt fiqhində cənazə hökmləri”, səh. 163)
Əbu Hüreryədən gələn bir hədisdə Allah Rəsulu (s) belə buyurmaqdadır: “Kim bir ölünü yuyarsa, qüsl etsin”. (“Tirmizi”, Cənaiz 16; “İbn Macə”, “Cənaiz”, 8)

Ölüyə toxunanın qüsl almasının səbəb və fəlsəfəsi

Rəvayətlərdə ölüyə toxunan, yaxud ona qüsl verən kimsənin qüsl almasının hikməti belə izah edilmişdir: “Cənazəyə qüsl verənə və ona toxunana təmizlənməsi üçün qüsl alması əmr edilmişdir. Çünki ruh bədəndən çıxdıqda bir çox xəstəliklər cəsəddə qalır. Buna görə də həm cənazəyə qüsl verilməsi, həm də onu yuyanın qüsl alması əmr edilmişdir.” (“Əl-Vəsail” c. 2, səh. 929)


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

"İslamda Vardır" kitabından

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031