İslamda elmin və ağlın yeri
Mьəllif: Admin
Tarix: 5-12-2022, 12:48
İslamda elmin və ağlın yeri
İslam ağıla və biliyə böyük əhəmiyyət verir. O qədər ki, əqli batini peyğəmbər hesab edir. İnsanları ağlının miqdarına görə cəzalandırır və mükafatlandırır. Quran hər kəsi ağıl və düşünməyə çağırır və bir çox ayədə yalnız düşünənlərə və ağıl sahiblərinə müraciət edir.

İslam ağılı tanıtmaqda ən gözəl təbirlərdən istifadə etmiş və buyurmuşdur: "Ağıl Allaha bəndəlik vasitəsidir. Məsum rəhbərlərin sözlərində ağıl və təfəkkür o qədər təqdir olunub ki, bəlkə də az məsələ bu qədər təqdir edilib.

İmam Sadiqin yanında (ə) çox ibadət edən şəxs haqqında danışıldı. O həzrət soruşdu: "O, necə düşünür və intellekti nə qədərdir?!".

“Biharul-Ənvar” və “Usul Kafi” kimi səhih hədis kitablarının birinci hissəsi ağıl və elmin mədhinə həsr edilmişdir. Quranda isə “Yəqilun; düşünürlər”, “Ulul-əlbab"; ağıl sahibləri”, “yətəfəkkərun"; fikirləşirlər” və bunun kimi ifadələr çox müşahidə olunur.

İslam məktəbində bir saat fikirləşmək altmış illik ibadətdən üstün hesab olunur. Elm öyrənmək üçün böyük savablar olduğu bildirilir. Hədisdə dəniz balığının elm tələbəsi üçün bağışlanma dilədiyi bildirilir.

İslamda ağıl və zəkaya zərər verən şey rədd edilir. İnsanın ağlına xələl gətirən şərab haram edilir. İnsanın ağlını gücləndirən, ağıl və düşüncənin yüksəlişinə səbəb olan məşvərət bəyənilir.

İslam kimi heç bir məktəb elmin əldə olunmasını bütün insanlar üçün zəruri hesab etməmişdir. İslamın cahiliyyət dövründə elmin vacibliyi haqqında dediklərini indiyə qədər heç bir alim heç bir bölgədə söyləməmişdir.

Siz elə bir məktəbtapın ki, təhsil müddətini beşikdən məzara qədər uzadsIn. Elə bir məktəb tapın ki, öz müxaliflərindən olan müəllimdən belə dərs almağa icazə versin. Elə bir məktəb tapın ki, elm öyrənmək üçün səmavi sferalara səyahət etməyə belə göstəriş versin.

Amma bununla belə, elm və ağıl peyğəmbərləri əvəz etmir və bizi peyğəmbərlərdən ehtiyacsız etmir. Bunun dəlillərinə sonrakı bəhslərdə işarə olunacaq.

Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.

Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829