Quranda ticarətlə riba arasındakı fərq
Mьəllif: Admin
Tarix: 5-12-2022, 12:47
Quranda ticarətlə riba arasındakı fərq
Arxeoloji tədqiqatlar göstərir ki, sələmçilik probleminin formalaşmasının başlanğıcı pulun icad edilməsi və yayılması olub. Onun tarixi hətta eramızdan əvvələ çatır. Riba borc vermək və ilkin borc məbləğindən artıq bir şey istəmək deməkdir.

Cəmiyyətdə düzgün iqtisadi münasibətlər mədəni yüksəlişə və mükəmməlliyə səbəb olur. Lakin riba bu düzgün iqtisadi münasibətlərin tam əksidir və zülm yaradır.

Quran ayələri və hədislərə əsasən müsəlman alimləri ribanı haram hesab etmişlər. İslam mətnlərində vurğulanır ki, bu haramın kökü bir tərəfdən zülmlə mübarizədə, digər tərəfdən isə borc vermək kimi yaxşı ictimai əməlləri təbliğ etməkdədir.

Əlbəttə ki, müxtəlif dinlərdə riba pis bir məsələ kimi gündəmə gətirilmişdir. Lakin dinlərin ardıcılları hiylələrlə sələm almağa çalışmışlar ki, bu da bu davranışı ikiqat çirkin edir.

Quranda oxuyuruq: "Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: Alışveriş də sələm kimi bir şeydir! -dedikləri üzündəndir.

Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (Bəqərə, 275).

"Əl-Mizan" təfsirində belə bir sual verilir ki, nə üçün Allah Quranda sələmçilik məsələsini bu qədər pisləyib?! Elə ki, Allah sələm yiyənləri təhdid edir.

Əllamə Təbatəbayi "Əl-Mizan" təfsirində belə nəticəyə gəlir ki, riba axını məntiqi olaraq elə bir istiqamətə gedir ki, zəif adamların bütün kapitalları bir növ dağıdılır. Bu da onların daimi məhvinə gətirib çıxarır.

Odur ki, Qurani-Kərimin ayələrinə əsasən sağlam ticarət bəyənilmiş, digər tərəfdən isə sələmçilik mənəvi, psixoloji və iqtisadi cəhətdən dağıdıcı və bəşəriyyətin inkişafına əngəl törədən bir məsələ kimi qadağan edilmişdir. Buna görə də riba Allahla müharibə etmək hökmündədir.

Sələmin pis təsirləri arasında cəmiyyətdə sinfi ayrı-seçkiliyin artması, əmək və zəhmət mədəniyyətinin məhv edilməsi, zəif sosial təbəqələrin məhv edilməsi və cəmiyyətdə ədalətli sərvət bölgüsü prosesinin aradan qaldırılmasını qeyd etmək olar.

Oxşar xəbərlər
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728