Müsəlmanların izdivacının əhatə dairəsi
Mьəllif: Admin
Tarix: 21-11-2022, 10:26
Müsəlmanların izdivacının əhatə dairəsi
Quranda evliliklə bağlı geniş hökm və qanunlar vardır. Bu barədə çoxlu qanunlar bəyan edilmişdir. Bu qaydalardan biri də müsəlmanların müşriklərlə (bütpərəstlərlə) evlənməsinin qadağan edilməsidir:

"Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz müşrik bir qadından daha yaxşıdır.

Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə, xoşunuza gəlsə belə, müşrik bir kişidən daha xeyirlidir.

Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır" (Bəqərə, 221(.

"Nümunə" təfsirinin müəllifi bu ayə haqqında belə yazır: "Bu ayə əslində müşriklərlə evlənmək haqqında suala cavabdır. Bu ayədən anlayırıq ki, evlilikdə məqsəd təkcə cinsi həzz almaq deyil, qadın kişinin həyat yoldaşı və övladlarının tərbiyəçisidir. Onun şəxsiyyətinin yarısını təşkil edir. Belə vəziyyətdə insan şirk və onun pis nəticələrini zahiri gözəlliyə və bir qədər zənginliyə necə dəyişə bilər?

Ayənin sonunda düşünmək üçün bu ilahi əmrin səbəbini açıqlayaraq deyir: "Onlar – yəni müşriklər oda çağırırlar, Allah isə (və onun əmrinə tabe olan möminlər) cənnətə və məğfirətinə dəvət edir".

"Nur" təfsirində bu ayənin mesajları:

1_ Müsəlmanların kafirlərlə qohumluq əlaqəsi qurmağa haqqı yoxdur. «وَ لا تَنْكِحُوا»

2_ Həyat yoldaşı seçimində iman əsasdır və kafirlə evlənmək haramdır. «وَ لَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ»

3_ Evlilikdə başqalarının gözəlliyinə, zənginliyinə və məqamına aldanma. «وَ لَوْ أَعْجَبَتْكُمْ ... وَ لَوْ أَعْجَبَكُمْ»

4_ Vəziyyət, var-dövlət və gözəllik imanın yerini doldurmaz.

«وَ لَوْ أَعْجَبَكُمْ»

5_ İmanlı imkansızlara dəyər verin və onlarla evlənin.

«لَأَمَةٌ مُؤْمِنَةٌ ... لَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ»

6_ Məktəbdə instinktlərə nəzarət edilməlidir. «حَتَّى يُؤْمِنَّ ... حَتَّى يُؤْمِنُوا»

7_ İman dəyər mənbəyidir, bütpərəstlik isə çöküşün sirridir.

8_ Əvvəlcə iman, sonra evlilik. Düşünməyin ki, bəlkə evləndikdən sonra iman gətirərlər. «حَتَّى يُؤْمِنَّ ... حَتَّى يُؤْمِنُوا»

9_ Müsəlmanların həyatında müşrik ünsürlərin təsirinin qarşısını almaq və bu növ evliliyin müxtəlif təhlükələrinə diqqət yetirmək lazımdır. «أُولئِكَ يَدْعُونَ إِلَى النَّارِ»

10_ Müşrikin arvadı cəhənnəmə zəmin yaradır. «يَدْعُونَ إِلَى النَّارِ»

11_ Allahın əmrlərinə tabe olmaq cənnətə gedən yoldur.

«وَ اللَّهُ يَدْعُوا إِلَى الْجَنَّةِ»

12_ Bağışlamaq Allahın lütfü və izni ilədir. Xristianlığın əksinə olaraq ki, onlar bağışlanmağı öz böyüklərinin əlində hesab edirlər.

«وَ الْمَغْفِرَةِ بِإِذْنِهِ»

13_ İnsan həqiqətləri fitri olaraq anlayır. Qaydaların bəyan edilməsi yalnız xatırlatmaq üçündür. «لَعَلَّهُمْ يَتَذَكَّرُونَ»



Oxşar xəbərlər
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031