Ailənin həyatını təmin etmək məsuliyyəti haqqında Quranın tövsiyələri
Mьəllif: Admin
Tarix: 19-11-2022, 10:40
Ailənin həyatını təmin etmək məsuliyyəti haqqında Quranın tövsiyələri
Kişi və qadının birgə həyatda qabiliyyət və ehtiyaclarına uyğun olaraq müəyyən edilmiş hüquqları vardır. Quran kişi və qadının hüquqlarını ilahi nöqteyi-nəzərdən müəyyən edir. Hətta bu qanunların bəziləri həyat yoldaşının ölümdən sonrakı hüquqları ilə bağlıdır:

"Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq şərtilə, bir il müddətində baxılmasını (vərəsələrinə) vəsiyyət etməlidirlər.

Əgər onlar (öz arzuları ilə) çıxıb gedərlərsə, o zaman onların qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq) öz barələrində görəcəkləri işlər üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Bəqərə, 240).

Bu ayə açıq-aydın tövsiyə edir ki, kişi ölümündən əvvəl arvadının vəfatından bir il sonraya qədər onun dolanışığını düşünməlidir. Bu müddət ərzində həyat yoldaşının da həyatını davam etdirmək üçün uyğun bir vəziyyət hazırlamaq imkanı var.

Qeyd edək ki, İslami həyat tərzində ailədə qadının həyatını təmin etmək məsuliyyəti kişinin üzərinə düşür. Yuxarıdakı ayəyə əsasən bu məsuliyyət kişinin ölümündən sonra da bəzi şərtlərlə davam edir: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir” (Nisa, 34).

"Nur" təfsirinin müəllifi Möhsin Qəraəti bu ayənin bəzi mesajlarını belə izah edir:

1_ Kişilər mallarının bir hissəsini arvadlarına vəsiyyət etməlidirlər.

«وَ الَّذِينَ يُتَوَفَّوْنَ ... وَصِيَّةً لِأَزْواجِهِمْ»

2_ Dul qadınların gələcəyi təmin edilməlidir. «مَتاعاً إِلَى الْحَوْلِ»

3_ Qadın yeni ər seçməkdə hər hansı qərarı müdrik və qanuni və məqsədəuyğunluğu nəzərə alaraq qərar verməlidir. «فَعَلْنَ فِي أَنْفُسِهِنَّ مِنْ مَعْرُوفٍ»

4_ İlahi hökmlərin qanunvericiliyi hikmətə əsaslanır. «عَزِيزٌ حَكِيمٌ»


Oxşar xəbərlər
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031