"Yunis" surəsi Quranı inkar edənlər üçün böyük sınaqdır
Mьəllif: Admin
Tarix: 16-06-2022, 18:18
"Yunis" surəsi Quranı inkar edənlər üçün böyük sınaqdır
Bir neçə surə ilahi peyğəmbərlərin adı ilə adlandırılmışdır ki, onlardan birincisi Yunus surəsidir. Həzrət Yunisin adı Qurani-Kərimdə 4 dəfə çəkilir.

Yunis surəsi Qurani-Kərimin onuncu surəsidir ki, on birinci cüzdə yerləşib. Məkkədə nazil olan bu surənin 109 ayəsi var. Bu surə, nazil olam sırasına görə İslam Peyğəmbərinə (s) nazil olan əlli birinci surədir.

Bu surənin belə adlandırılmasının səbəbi Yunis peyğəmbərin (ə) əhvalatı və Yunis peyğəmbərin (ə) qövmünün ilahi əzabdan xilas olması hekayəsinin onda nəql olunmasıdır.

Həzrət Yunisinn (ə) hekayəsində deyilir ki, o, hidayət etmək üçün bir qəbiləyə tərəf getmiş, lakin onlardan qaçaraq gəmiyə minmişdir. Balina da onu udmuşdu.

Sonra o, xilas oldu və o xalqın yanına göndərildi və xalq ona iman gətirdi. Bu surədə Yunis peyğəmbərin (ə) əhvalatı ilə yanaşı, digər peyğəmbərlərin əhvalatı da qeyd olunub.

O cümlədən, Nuhun (ə) hekayəsi, gəmini tikməsi və Nuhun qövmünün tufana giriftar olması bu surədə gəlib. Həmçinin onda Musanın (ə) əhvalatı, Fironu dəvət etməsi, sehrbazlarla qarşıdurması, dənizi keçmək möcüzəsi, firon və tərəfdarlarının boğulmasından da bəhs edilir.

Bundan əlavə, onda, İslam Peyğəmbərinin (s) müşriklərlə üzləşdiyi çətinliklərdən də bəhs olunmuşdur. Müşriklər Peyğəmbərin (s) möcüzələri, xüsusilə də Qurani-Kərim barədə şübhələrini bildirirdilər. Bu cəhətdən, Qurani-Kərim onları Peyğəmbərin (s) möcüzələri kimi bir iş görməyə çağırır.

Bu surənin məqsədi tövhid məsələsini vurğulamaqdır. Bəzi təfsirçilərin fikrincə, bu surə müşriklərin Peyğəmbərin vəhy və möcüzə məsələsini inkar edərək Quranı sehr adlandırmasından sonra nazil olmuşdur.

Yunus surəsində Allahın qüdrət əlamətlərini ifadə etmək, Allahın varlığının isbat səbəbləri, vəhy, peyğəmbərlik və peyğəmbərlərin besəti kimi məsələlərlə bağlı ayələr vardır.

Bu surənin bəzi ayələri də müşriklərin inadından bəhs edir və onları öz həqiqi sifətlərinə dəvət edir. Bu surədə bu insanlar sıxıntı zamanı tək Allahı zikr edənlər kimi qeyd edilir.
(Beynəlxalq Quran Xəbər Agentliyi)

Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031