Nə üçün Peyğəmbərə (s) salavat göndərərkən O həzrətin ailəsini də ona bağlayaraq salavat deyirsiniz?
Müəllif: Admin
Tarix: 20-02-2022, 11:16
Nə üçün Peyğəmbərə (s) salavat göndərərkən O həzrətin ailəsini də ona bağlayaraq salavat deyirsiniz?
Cavab: Şübhəsiz, Peyğəmbərin (s) özü ona salavat göndərməyi müsəlmanlara öyrətmişdir: “Əhzab” surəsinin 56-cı ayəsi nazil olanda müsəlmanlar “Ya Rəsuləllah, sənə necə salavat göndərək?”-deyə soruşduqda Peyğəmbər (s.ə.v.v) buyurdu:

اِنَّ اللّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَي النَّبِيِّ يَا اَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

“Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”.

لَا تُصَلُّوا عَلَيَّ صَلَوةً بَتْرَاءَ

“Mənə yarımçıq salavat göndərməyin!” Yenidən “necə salavat göndərək?” - dedikdə Peyğəmbər buyurdu:

اَللَّهُمَّ صَلِّ عَلَي مُحَمَّدٍ وَ عَلَي آلِ مُحَمَّدٍ

“Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd.” 1

Peyğəmbər (s) övladlarının məqamı elə yüksək birdir ki, imam Şafei özünün məhşur şerində deyir:

يَا اَهْلَ بَيْتِ رَسُولِ اللّهِ حُبُّكُمُ فَرْضٌ مِنَ اللّهِ فِي الْقُرْآنِ اَنْزَلَهُ
كَفَاكُمْ مِنْ عَظِيمِ الْقَدرِ اَنَّكُمُ مَنْ لَمْ يُصَلِّ عَلَيْكُمْ لَا صَلَوةَ لَهُ


“Ey Peyğəmbər ailəsi! Sizə məhəbbət bəsləmək Allahın nazil etdiyi Quranda bir fərizədir.

Sizin məqam və mənzilətinizin yüksəkliyində bu kifayətdir ki: Hər kəs sizə salavat göndərməsə onun üçün salavat olmaz (namaz olmaz).”
2

1.“Əssəvaiqul-muqriqə” (ibni Həcər), 2-ci çap, Misrin “Məktəbətul Qahirə” çapxanası, 11-ci bab, 1-ci fəsil, səh.146. Bunun oxşarını Süyuti “Əddurrul-Mənsur”, 5-ci cild, “Əhzab” surəsinin 56-cı ayəsinin təfsirində mühəddislərdən, “Sihah” və “Müsnəd” sahiblərindən nəql etmişdir, o cümlədən Əbdur-Rəzzaq, ibni Əbi Şeyx, Əhməd, Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai, ibni Macə, ibni Mərdəvəyh, Kəb ibni Əcrə, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən nəql edir.

2.“Əs-səvaiqul-muhriqə”, 11-ci bab, səh.148, Şəbravinin “İtihaf” kitabının 1-ci fəslinin 29-cu səhifəsindən nəqlən. “Məşariqul-ənvar” (Həmzavi Maliki), səh.88æ “Əl-məvahib”, (Zərqani) və “Əsaf” (Səbban), səh.119.


Hazırladı: Ramin Əli Ahlibeyt.ge üçün.

Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930