İbn Məsuddan “Vaqiə” surəsi haqda hədis
![]() Osman soruşdu: - Nədən şikayətin var? Abdullah ibn Məsud dedi: - Günahlarımdan. Soruşdu: - Nə istəyirsən? Dedi: - Allahın rəhmətini. Soruşdu: - İcazə verirsənmi sənin üçün təbib gətirim? Dedi: - Təbib Özü məni xəstələndirib. Soruşdu: - İcazə verirsənmi sənə hədiyyə təqdim edim? Dedi: - Ehtiyacım olan vaxt bunu əsirgədin. İndi, lazımım olmayan vaxt verirsən?! Osman dedi: - Əgər özün istəmirsənsə, övladlarına bağışla, qoy onların vəziyyəti yaxşılaşsın. İbn Məsud cavabında dedi: - Mən onlara tapşırmışam ki, “Vaqiə” surəsini oxusunlar. Çünki Allahın Rəsulundan (s) eşitdim ki, buyurdu: “Kim Vaqiə surəsini hər gecə oxusa, heç vaxt möhtac olmaz.” Qaynaq: “Təfsiri Məcməul-bəyan”, c. 9, səh. 270 Oxşar xəbərlər
|