İmam Rzanı (ə) mədh edərək əlindən bəxşiş alan Şeyx İbrahim Türk
Mьəllif: Admin
Tarix: 25-10-2021, 09:35
İmam Rzanı (ə) mədh edərək əlindən bəxşiş alan Şeyx İbrahim Türk
Şeyx Məhəmməd Razi yazır:

Böyük alim və şəxsiyyətlərdən eşitdim ki:

Sahibi Zamani ləqəbi ilə tanınan şeyx İbrahim Türk Məhşədə imam Rzanın (ə) ziyarətinə getmişdi. Uzun müddət Məşhəddə qaldığı üçün pulu tükənir.

Deyir: Pulum qurtarandan sonra şəhərin icra başçısının mədhində bir qəsidə yazdım ki, gedib qəsidəni oxuyub əvəzində bəxşiş alım.

Yolda fikrimi dəyişib öz-özümə dedim: Heç Həzrətdən (ə) utanmırsanmı? Onun ziyarətinə gəlmisən, amma ondan qeyrisinə məddahlıq edib bəxşiş almaq istəyirsən?!

Tez istiğfar edib o qəsidəni həzrətin adına çevirdim və hərəmə daxil olub ziyarətdən sonra ərz etdim:

Ey ağam! Sənə bir mədihə yazmışam, bunun müqabilində səndən bəxşiş gözləyirəm.

Yazdığım qəsidəni astaca oxumağa başladım. Qəsidə başa çatandan sonra Həzrətdən bəxşiş verməsini xahiş etdim və zirehə yaxınlaşdım. Zirehi öpmək istəyəndə gördüm əlimə bir əl toxundu və ovcuma nəisə basdı. Açıb gördüm bir dənə 10 tümənlik əskinasdır.

O saat işin nə yerdə olduğunu anlayıb ərz etdim: Qurbanın olum ağa, bu azdır. Yenə də bir əl mənimlə əl tutub əlavə bir 10 tümənlik əskinası ovcuma qoydu. Yenə də dedim: Ey mövlam, azdır. Bu dəfə də bir 10 tümənlik çatdı; belə-belə altı dənə 10 tümənlik oldu. Artıq həya edib dedim. Bəsdir, mənə bəs edər.

Zirehi öpüb çölə çıxdım. Qapının astanasına − ayaqqabıların təhvil verildiyi yerə çatanda gördüm kəraməti ilə məşhur olan şeyx Həsənəli İsfəhani hərəmin həyətinə daxil oldu və tələsik mənə tərəf gəlir. Mənə çatıb dedi:

Şeyx İbrahim, mövlamla (İmam Rza (ə) ilə) yaman dostlaşmısan ha… Mədh deyib bəxşiş alırsan… Həzrətdən (ə) aldığın o bəxşişi ver mənə. Şeyxin heybətindən həyəcanlanıb tez əlimi qoynuma salıb həmin 60 tüməni çıxarıb ona verdim.

O da əlini cibinə aparıb bir zərf çıxarıb mənə uzatdı və elə ordan da geri döndü. Zərfi açıb baxdım, 120 tümən idi. Sevinib şeyx Həsənəlinin kamal sahibi olduğunu bir daha təsdiq etdim, çünki mənim bu əhvalatımı Allahdan və Həzrət Rzadan (ə) başqa kimsə bilmirdi.[1]

Onu da deyək bu hekayə azacıq fərqlə Şeyx Həsənəlinin oğlunun dilindən atası haqqında yazdığı kitabda da nəql olunmuşdur. Həmin kitabda deyilir:

Şeyx İbrahim qəsidəni oxuyub zirehi öpəndən sonra görür ki, xəbər çıxmadı, ona bəxşiş verən olmadı. Deyir: Narahat oldum. Ərz etdim: Ey ağa! Əgər mən bu şeri sizdən başqa hər kəsə oxusaydım mükafatım yüz faiz hazır idi, amma sizdən xəbər çıxmadı.

Narahatçılıqla hərəmdən çölə çıxdım. Hərəmin həyətindən çıxmaq istəyirdim ki, birdən heybətli bir şeyxin mənə yaxınlaşdığını gördüm. Mənimlə hal-əhval tutub dedi: Al, Həzrətin (ə) bəxşişini götür, bir də imamla bu cür dikbaşlıqla danışma!

Görüşüb ayrılandan sonra ovcumda bir zərf gördüm. Amma şeyxin heybətindən bir söz deməyib yola düzəldim. Zərfi açanda gördüm 120 tümən puldur. Bu məbləğ mənim bütün xərclərimə kifayət edirdi.

Bir neçə dəqiqədən sonra bizi qıraqdan müşahidə edən Hərəmin xadimindən soruşdum: Mənimlə indicə görüşüb ayrılan bu şeyx kim idi? Dedi: O, həzrət Rza (ə) ilə birbaşa əlaqəsi olan şeyx Həsənəli İsfəhanidir.[2]


[1] Məhəmməd Razi, “Ət-təqva və ma ədrakə mət-təqva”, səh. 123

[2] Miqdadi, həmin mənbə, səh. 81



www.ahliman.info
Oxşar xəbərlər
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930