Həyat yoldaşına məhəbbət hissi nədən qaynaqlanır?
Mьəllif: Admin
Tarix: 22-10-2021, 10:22
Həyat yoldaşına məhəbbət hissi nədən qaynaqlanır?
“Ərin qəlbində həyat yoldaşına qarşı məhəbbət nə qədər çox olarsa, imanı da çox olar”.

Allah Təala ər və arvadın qəlbində bir-birinə qarşı əsil məhəbbət, əlaqə və eşqi qərar vermiş və onu Öz vücudunun nişanəsi adlandırmışdır. Bu həqiqət ər və arvad arasındakı məhəbbətin, xüsusilə də ərin arvadına qarşı olan məhəbbətin əzəmət və böyüklüyünü nümayiş etdirir.

“Allah vücudunun nişanəsi odur ki, sizin üçün sizlərdən həyat yoldaşı xəlq etdik ki, onların yanında rahat olasınız. Ər və arvad arasında dostluq və mehribanlıq bərqərar etdi. Bu məsələdə ağıllı insanlar üçün nişanələr vardır”.

Bu məhəbət və eşq və evliliyin əvvələrində çiçəklənər və özünün nəhayi zirvəsinə çatar. Ərlə arvadın öhdəsindədir ki, bu daxili neməti və bu ali qəlbi halı ki, həyatın xoş, pak və səfa içində keçməsinə, bir-birinə tərəfdarlıq etmək, güzəşt və bağışlamaq, xoş əxlaq və şəxsiyyətini hifz etmək, dedi-qoqudan çəkinməyə səbəb olar - o qədər hifz etməlidirlər ki, onların eşq və məhəbbətinə zərbə vuran səbəblər, bu pak eşq binasına zərbə vura bilməsin. Çünki məhəbbət evini xarab etmək - şübhəsiz ki, günahdır, Qiyamətdə İlahi cəzaya və dünyada isə əzaba bais olar.

Həzrət Cəfər Sadiq (ə) başqalarının məhəbbətini özünə cəlb etmək istedadı olanlar üçün dua edərək, buyurdu: “Allah rəhmət edər o kəsə ki, insanların məhəbbətini özünə cəlb edər”.

Məhəbbət, eşq və rabitənin əqli və şəri meyar olmadan nifrətə, kinə və düşmənçiliyə çevrilməsi Haqq nemətinin naşükürlüyü deməkdir. Məhəbbəti hifz etmək və bir-birinə sirayət etdirmək dünya və axirətdə xoşhallığa səbəb olar. İmam Sadiq (ə) buyurur: “Vay o kəslərə ki, Allah nemətini naşükürlüyə çevirə. Xoşbəxt və yaxşılıq edən o kəslərə eşq olsun ki, bir-birinə qarşı məhəbbət edərlər”.

Əmirəl-möminin (ə) buyurdu: “Yaxşlıq və ehsan baxımından ən üstün insanlar o kəslərdir ki, özünə qarşı dostluq və məhəbbətdə birinci olsunlar. İnsana göstəriş verilmişdir ki, o kəslərə ki, eşq, dostluq, məhəbbət və əlaqə göstərməyə layiqdirlər - məhəbbət göstərsin, o ki, qaldı özünə yaxın olan adamlara ki, həyat yoldaşı və övladlarıdır”.

Qüdsü hədisdə gəlir: “Yaranmışlar - Mənim əyalımdır. Mənim yanımda onların ən sevimlisi - yaratdıqlarıma ən mehriban olanlarıdır və onlardır ki, ehtiyaclarını ödəmək üçün daha çox səy göstərənlər və çalışanlardırlar”.

Qadının qəlbində ərinə qarşı olan məhəbbət və ərin qəlbində arvadına qarşı olan məhəbbət Allah vücudunun nişanəsidir, Uca Allahın xüsusi nemətidir. Həyatlarını sağlam və davamlı olmasının bərpası və həyat səhnəsində səfa və səmimiyyətin zühur etməsidir. Ona görə də onu hifz etmək lazımdır və onu məhv edən amillərdən uzaq olmaq vacibdir. İmam Sadiq (ə) buyurur: “Qadınlara məhəbbət - Allah Peyğəmbərlərinin əxlaqındandır”.

İmam Sadiq (ə) buyurur: “Ərin qəlbində həyat yoldaşına qarşı məhəbbət nə qədər çox olarsa, imanı da çox olar”.

Ancaq bu həqiqətə də diqqət etmək lazımdır ki, qadına qarşı eşq və məhəbbət ifrat həddinə çatmasın. Zira, o məhəbbət ki, ifrat həddini aşsa, insanı Haqq yoluna getməkdən, xeyrxah və əməli saleh işlər görməkdən saxlayar. Xüsusilə də əgər qadın, ərinin ona məhəbbəti yolu ilə hökmranlıq etmək istəyə və özünün əlavə istəklərini kişinin boynuna qoya.

Qadına olan məhəbbət və rabitə o qədər olmalıdır ki, insanın Allah Təala və Qiyamət gününə imanına, insanın kamala doğru hərəkətinə və saleh əməl görməsinə mane olmasın.

Əgər qadına olan məhəbbət günah, israf, paxıllıq və ya Haqqa doğru vacibatları yerinə yetirməmək üçün olarsa, gərək qaydaya salınsın. Çünki bunun kimi məhəbbət şeytani hisslərlə qarışmış və Haqqın rizasından uzaqdır.

(Ustad Hüseyn Ənsarianın nəzərlərinə istinadən)


“Dəyərlər”

Oxşar xəbərlər
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930