Ayətullah Misbah Yəzdi: “Həyatda sırf etiqadın olması kifayət deyildir. Başqa bir stimul da olmalıdır...”
Mьəllif: Admin
Tarix: 19-10-2021, 22:45
Ayətullah Misbah Yəzdi: “Həyatda sırf etiqadın olması kifayət deyildir. Başqa bir stimul da olmalıdır...”
Ayətullah Misbah Yəzdi əxlaq dərsində demişdir: “Bu günün cavanlarının ağıl səviyyəsi keçmiş nəsildən daha güclüdür. Onlar dəlil və səbəb axtarırlar. Deyənin sözü ilə kifayətlənmirlər.

Bu, Allahın bu günün cavanlarına verdiyi böyük nemətdir. Bu da onlar üçün inkişaf şəraiti və güclü təkamül yaradır. Ümid edirəm ki, bu mövzu zühurun tezləşməsinə bir müjdə olsun.

Bu cür yanaşma insanda hərəkətə gətirib çıxarar. Bu da cavanları bir çox suallara tərəf sövq edər. Cavanlar da hadisələrin səbəblərini axtarmağa başlayarlar.

Bu suallar da tədricən etiqad və ibadət məsələləri üzrə hövzəyə daxil olar, bəzən bu sualların cavabı ixtisar şəklində cavanlara və uşaqlara verilər. Ancaq onlar bununla qane olmazlar.

Bu günün cavanlarının zehnində bir çox suallar vardır və onlar hətta dinin dəlillərinə aid sual verirlər. Bu da bizim vəzifəmizi daha da ağırlaşdırır.

Bu məsələyə ciddi yanaşmaq lazımdır. Bu sualların kökündə yeni mərifət, tanıma bəhsindəki fəlsəfi şəklər durur.

Bu məsələnin ardınca gedən bəzi insanlar şəkk tələsinə düşüblər. Onlar bu şəkləri ilə kifayətlənməmiş və əməldə də bunu göstərmişdilər. Ancaq bu insanların heç bir məntiqə əsasən bu haqları yoxdur.

Məsumlardan (ə) birinə kafir sual verir və Həzrət (ə) buyurur: “Biz hamımız maddi məsələlərdə bir cür rəftar edirik.

Ancaq o şeyə ki, bizim etiqadımız var, həqiqət əldə etsə, sonsuz bir fayda nəsibimiz olar. Və siz sonsuz zərər görəcəksiniz ki, yerini heç bir şeylə doldurmaq olmaz. Bu cür olmasa belə, biz zərər görmərik”.

Bu cavab çox məntiqli və qaneedicidir. Əgər kimsə şəkk tələsinə düşübsə, fərz edək ki, bu məsələni dəlillə sübut edə bilmirsə, ağıllı yol odur ki, etiqad ilə müxalifətlik etməsin. Bu insanların bir çoxunun inkar etməsinin səbəbi onların ipə-sapa yatmamağa meyilli olmasındadır. Ancaq diqqət etməlidirlər ki, etiqad isbat olmasa, əqlən günaha batmazlar. Lakin bu cür insanlarda şeytani təhriklər olur ki, onları günahın ətrafında fırladır.

Həyatda sırf etiqadın olması kifayət deyildir. Başqa bir stimul da olmalıdır ki, bu etiqadı əmələ çevirsin. Ona görə də elə yerdən başlamaq lazımdır ki, insan üçün möhkəm bünövrə üzərində qurulmuşdur.

İnsanın daxili və batini hisslərini yaxşı iş görməyə təhrik etsin. İmanın zəifliyi nəticəsində bu məsələ insana təsir etməz. Bunların başqalarına aid olduğunu fərz edər.

Bu zəifliyin səbəblərindən biri də odur ki, insan fikri bünövrəsi üçün səy göstərməmişdir. Daha çox ailə daxilində olan təhsil və dərslərlə kifayətlənmişdir. Daha çox təqlidi etiqad etmişdir.

Bir dəyər sisteminin yaranması üçün üç ümumi yol vardır ki, onların birincisi fitri amildir ki, hamıda mövcuddur. Onu inkar etmək qeyri-mümkündür. Bütün insanlar həyatda rahat olmağa can atır.

İnsanlar hətta dini təlimatların sayəsində belə axirət rahatlığının ardıncadırlar. Quran ayələri arasında yaxşı nemətlər sadalanmışdır. Başqa sözlə, insan kamal tələb edəndir.

Ona görə də ən ali kamalı, səadət və rahatlığı düşünməlidir. Ancaq bu əqli bəhslər istəyir ki, çox vaxt aparır. Tarix boyunca möminlər elə bir yoldan istifadə etmişdilər ki, Allahın onlardan nə istədiyini dərk etsinlər.

Xəlqin əsli Allaha aiddir. Ona görə də insan dərk etməldiir ki, Allah ona verdiyi nemətlərdən necə istifadə etməyini istəyir. Hədislərimizdə də İlahi Peyğəmbələrin (ə) risalətinin səbəbinin bu olduğu zikr edilir.

İnsan bu yolla yaradılışının hədəfi və bu aləmdə olmağının səbəbi haqqında düşünməyə başlayır. Bu aləmdə şeytani vəsvəsələr və nəfsani istəklər insana hücum edir.

O zaman ki, insanın xəlq edilməsinin hədəfi haqqında aydın cavab verilir, yaxşı işlər görmək üçün möhkəm təməllər hasil olur”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031