Hacı İqar İbrahimoğlu kimdir?
Mьəllif: Admin
Tarix: 19-10-2021, 22:31
Hacı İqar İbrahimoğlu kimdir?
DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin və Dəyərlər AİN (Azerbaijan Islam News) portalının baş redaktoru.

Ölkənin və reqionun tanınmış ruhanilərindən olan Hacı İlqar İbrahimoğlu ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri seçilib.

Həyatı

İlqar İbrahimoğlu 5 noyabr 1973-cü ildə dünyaya gəlmişdir. Gənclik illərində "Nə? Harada? Nə vaxt?" komandasının kapitanı olmuşdur. Uşaq çağlarından Azərbaycanın əməkdar məşqçisi Oleq İsaakoviç Privorotskinin rəhbərliyi altında şahmatla məşğul olmuşdur. Birinci dərəcəli şahmat ustasıdır.

Fəaliyyəti

İqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almışdır. "İslam və Qərb fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müdafiə etmişdir.

Varşavada yerləşən İnsan Haqları üzrə Beynəlxalq Məktəbin məzunudur. Bununla yanaşı, "Narkomaniya və alkoqolizm üzrə beynəlxalq ekspert" sertifikatına malikdir. "Əsma-ül-Hüsna" (irsi qan xəstəlikli uşaqlara qayğı üzrə ixtisaslaşan), "Yetimsiz Vətən" (valideyin himayəsindən məhrum olmuş uşaqların psixoloji reabilitasiyası və cəmiyyətə inteqrasiyası üzrə ixtisaslaşan) proqramlarının koordinatoru, "Hikmət evi" disput mərkəzinin və "İslam maarifi" proqramının elmi rəhbəridir.

Həmçinin tolerantlığın, dözümlülüyün, mədəni inteqrasiyanın inkişafına yönəli "Mədəniyyətlərin dialoqu" proqramına rəhbərlik edir. Teologiya, postmodern fəlsəfə və insan haqlarının fəlsəfəsi kimi sahələrdə interdistiplinar tədqiqatlar aparır.

Eyni zamanda, neyrolinqvistikanın şəxsiyyətlərarası ünsiyyətlərdə və paradiqmal təmasda rolu və yeri barədə araşdırmalarla məşğul olur.

Göstərilmiş tədqiqatlar çərçivəsində Avstriyaya, Polşaya, ABŞ-a, Almaniyaya, Türkiyəyə, İrana, Yunanıstana, Rusiyaya, Ukraynaya, İordaniyaya, İsveçrəyə, Fransaya, İtaliyaya səfərlər etmişdir.

Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031