İnsanın 3 böyük düşməni kimdir?
Mьəllif: Admin
Tarix: 30-09-2021, 11:51
İnsanın 3 böyük düşməni kimdir?
İnsan xəlq olduğu gündən bəri daima düşmənlərlə əhatə olmuşdur. Dinimiz bizə insanın üç düşmənini tanıtmışdır ki, onlara işarə edək.

1. Əlbəttə ki, insan xəlq olduğu gündən bəri onun ilk düşməni – şeytandır. O, and içmiş düşməndir ki, Qurani-Kərim bizə bu məlunun nə qədər təhlükəli olduğunu dəfələrlə xəbərdar etmişdir. “(İblis) dedi: «(Sənin) İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam. Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla». (“Sad” 82-83).

And içmiş bu düşmən adətən insanı vəsvəsə etməkdən başlayar və işini tədrici görər. Əvvəlcə tələsməz və insandan az şeylər istəyər. Zaman keçdikcə bu istəklərini artırar və nəhayət qəlbinə çatar və ruhuna hakim olar.

“Dedi: «Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam». «Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükür edən görməyəcəksən»”. (“Əraf” 16-17).

2. İkinci düşmən – insanın həvayi nəfsidir. Əmmarə nəfs o qədər güclüdür ki, hətta Həzrət Yusif (ə) onun əlindən Allaha pənah aparmış və buyurmuşdur: “(Yusuf) dedi: «Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyil edər və nadanlardan olaram»”. (“Yusif” 33).

Həzrət Peyğəmbər (s) əmmarə nəfslə mübarizəni böyük cihad adlandırmışdır. Ona görə də insan hər an ayıq olmalı və əmmarə nəfsini özünə tabe etməyi bacarmalıdır.

3. İnsanın üçüncü düşməni – dünya həyatına bağlılıqdır. “Ey insanlar, şübhəsiz, Allahın (dirilmək və cəza barədə olan) vədi haqdır, belə isə məbada dünya həyatı(nın zahiri görünüşü və ləzzətləri) sizi aldatsın! Və məbada o çox hiyləgər olan (Şeytan) sizi Allah(ın möhlət verməsi və bağışlamasıy)la aldatsın!”. (“Fatir” 5).

Allah Təala Quranda insanlara dünya bər-bəzəyinin oyun-oyuncaqdan başqa bir şey olmadığını söyləmiş və insanları onun təhlükələrindən xəbərdar etmişdir.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930