İşçi ilə zəhmət haqqını necə razılaşdırmaq barədə dinimizin tövsiyəsi
Müəllif: Admin
Tarix: 28-09-2021, 22:14
İşçi ilə zəhmət haqqını necə razılaşdırmaq barədə dinimizin tövsiyəsi
Süleyman ibni Cəfər nəql edir: “Bir gün bir işi görmək üçün İmam Rza (ə) ilə birlikdə evdən çıxmışdıq.

İşimi bitirib evə qayıtmaq istəyəndə, Həzrət (ə) mənə buyurdu: “Bu gecə bizimlə gəl və bizim evə gedək. Bu gecə mənim qonağım ol!”.

Mən Həzrətin (ə) dəvətini qəbul etdim və mənzilə daxil olmaq istəyəndə, Muəttəb adlı səhabə də bizimlə birlikdə gəldi.

Evə daxil olanda gördüm ki, xidmətçilər heyvanlar üçün yer inşa edirlər. Qaradərili xidmətçi palçıq hazırlayır və onu başqalarına verirdi.

İmamdan (ə) soruşdum ki, bu kimdir?

Həzrət (ə) buyurdu: “Bu şəxs bizə yardım edir, biz də işin sonunda ona bir şey veririk”.

İmam (ə) başqa xidmətçlərə sual verir: “Onun muzdunun nə qədər olacağını təyin etmisinizmi?”.

Cavab verdilər ki, xeyr, hər nə veririksə, razı olur.

Həzrət (ə) bu cavabdan çox narahat oldu. Mən İmamı (ə) sakitləşdirməyə çalışdım.

Həzrət (ə) buyurdu: “Onlara neçə dəfə demişəm ki, bu cür fəhlə tutmayın. Yalnız işə başlamazdan əvvəl muzdunu təyin edin.

Əgər fəhləyə işindən əvvəl muzd təyin etməsən, muzdunun neçə qatını versən belə, narazı olar və mümkündür ki, tələbkar da olsun.

Ancaq o zaman ki, muzdunu təyin edərlər – muzdunu alan zaman pulunu əyri-əskiksiz aldığı üçün təşəkkür edər.

Əgər muzduna bir qədər pul əlavə etsən isə, onu məhəbbət və lütf bilər. Bu məhəbbəti heç bir zaman unutmaz”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31